Azərbaycanlı milyarderlər pulları bitkoinə çevirib Çinə ötürür








Rusiyanın Mərkəzi Bankı bu günlərdə elan edib ki, Moskvanın iri topdansatış ticarət mərkəzləri kriptovalyuta ticarətini stimulyasiya edir. Mərkəzi Bank bildirir ki, bu yolla kölgə sxemləri qurulur.

Belə ki, “Moskva” ticarət mərkəzi, “Sadovod” ticarət kompleksi, “Food City” topdansatış ərzaq bazası faktiki olaraq kriptovalyuta alışı üzrə liderlərə çevriliblər. Hər üç ticarət mərkəzi Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyevə, habelə onların ortaqları İlham Rəhimova məxsusdur. Bu ilin fevralında Rəhimov Moskvadakı aktivlərini ABŞ-ın mümkün sanksiyalarından sığortalamaq üçün kürəkəni Araz Mehdiyevin adına keçirib.



Rusiya Mərkəzi Bankının maliyyə monitorinqi və valyuta nəzarəti departamentinin direktoru Yuri Polupanov “Thomson Reuters” forumunda bildirib ki, həmin bazarların operatorlarının 90 faizi Çin istehsalçıları və ticarətçiləridir. Onun sözlərinə görə, bu üç ticarət mərkəzinin aylıq qeyri-leqal dövriyyəsi 600 milyard rubl (təxminən 10 milyard dollar) təşkil edir. Mərkəzi Bank həmin pulların Rusiyada bank hesablarına köçürülməsini qeydə almır, çünki yığılan pulların böyük hissəsi kriptovalyutaya çevrilir, daha sonra Çində nəğdləşdirilir.

“Biz kriptovalyutanın elektron poçtla həmin ticarətçilərin və istehsalçıların vətəninə anidən göndərilməsini müşahidə edirik, sonradan isə həmin pullar Çində yerli valyutaya çevrilir”-Polupanov deyib.



Moskvanın topdansatış bazarlarının kütləvi şəkildə kriptovalyuta alması bu ilin martında İCO Bank-ın sahibi Mixail Juxovitskinin Facebook statusundan sonra aktuallaşıb. O yazıb ki, Lyublinodakı “Moskva” ticarət mərkəzində ticarətçilər “boz hesablaşmalar” üçün bitkoin alır.

Lakin həmin bazarların işinə bələd olan mənbə Polupanovun dediklərini “tam sayıqlama” adlandırıb. Mənbə “Forbes”ə bildirib ki, “Food City” topdansatış bazasında ümumiyyətlə çinlilər yoxdur. Doğrudur, bazarda nəğd dövriyyə var, amma bu qanunla qadağan edilməyib.



Rusiya kriptovalyuta və blokçeyn Assosiasiyasının təsisçisi Aleksandr Treşşov isə deyib ki, Moskva topdansatış bazarlarının bitkoin almasını istisna etmir. Lakin bu, Mərkəzi Bank nümayəndəsinin dediyi həcmdə ola bilməz. Çünki bitkoin alışı üzrə tranzaksiya və onun Honkonqda satışı azı 15 faizə başa gəlir. Bu isə ticarətçilərə sərf etməz. “Mənə elə gəlir ki, Mərkəzi Bank doğrudan topdansatış bazarlarında bitkoin alışı üzrə nəsə sxem aşkarlayıb, ancaq bunun həcmi çətin ki, ayda 100 milyon dollara belə çatsın”– o deyib.



Azərbaycanlı milyarderlər pulları bitkoinə çevirib Çinə ötürür



Azərbaycanlı milyarderlər pulları bitkoinə çevirib Çinə ötürür

Azərbaycanlı milyarderlər pulları bitkoinə çevirib Çinə ötürür

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər