Ermənistanda inqilab: etiraz aksiyaları davam etdiriləcək








Aprelin 26-da Ermənistanda etiraz aksiyaları davam etdiriləcək.

Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə bu gün İrəvanda keçirilən mitinqdə “Vətəndaş sazişi” partiyasının lideri Nikol Paşinyan bildirib.

O, ölkə vətəndaşlarını tətilə, tələbələri isə təhsil ocaqlarına getməməyə çağırıb: “Bir addım qalıb – biz bu məsələni bitirəcəyik”. N.Paşinyan bildirib ki, sabah etirazçılar tərəfindən ölkə ərazisində yolların, körpülərin blokadaya alınması davam edəcək.

Qeyd edək ki, bu gün Ermənistanda “Daşnaksütyun” partiyası hakim koalisiyadan çıxıb, ölkənin idman və gənclərlə iş üzrə naziri istefa verib, etirazçılar isə N.Paşinyanı baş nazir seçməyi tələb ediblər.

* * *22:31

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yollanıb.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bunu siyasi dairələrdəki mənbə bildirib.

Ermənistan XİN mətbuat katibi Tiqran Balayanın sözlərinə görə, Nalbandyan ezamiyyətdədir, lakin nazirin dəqiq harada olması barədə məlumat verilməyib.

* * *21:06

Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

“Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen Sarkisyan böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrini təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, – məlumatda deyilir.



* * *20:17

Yerevanın mərkəzindəki Respublika meydanında “Məınim addımım” təşəbbüs qrupunun mitinqi başlayıb.

Həmin mitinqdən canlı yayımı diqqətinizə çatdırırıq.



* * *19:57

“Yelk” fraksiyası Ermənistan müxalifətinin lideri, ölkədə etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Ermənistan KİV-ləri xəbər verir ki, bununla bağlı fraksiyanın bu gün yaydığı bəyanatda vurğulanıb.

“Fraksiya Nikol Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürmək qərarına gəlib”, – sənəddə qeyd olunub.

* * *19:52

Ermənistanın ilk baş naziri, Respublika İctimai Şurasının başçısı Vazgen Manukyan kütləvi etiraz aksiyalarının səbəb olduğu siyasi böhrandan çıxmaq üçün milli barışıq hökumətinin formalaşdırılmasını təklif edib.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bununla əlaqədar Manukyan deyib: “Parlament milli barışıq hökumətini qurmalı və 20-30 gün ərzində seçki məcəlləsinin layihəsini hazırlamalıdır. Bundan sonra növbədənkənar parlament seçkiləri keçirilməlidir”, – Manukyanın adından İctimai Şuranın mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

V.Manukyanın fikrincə, seçkilərin altı aydan sonra keçirilməsi daha məntiqli olardı ki, partiyalar yeni qaydalara uyğun hərəkət edə bilsinlər.

* * *18:53

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan iqtidarda olan Respublikaçılar partiyasından dərhal təslim olmağı tələb edib.

Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki. bu barədə o, Respublika meydanında keçirilən mitinqdə deyib.

“Bizim yalnız bir tələbimiz var – ERP-nin dərhal təslim olması – qeyd-şərtsiz”, – Paşinyan bildirib.

O əlavə edib ki, görüşlərdə iştirak etmək üçün iki saat müddətinə mitinqi tərk etməlidir.

Bundan əlavə, Paşinyanımn sözlərinə görə, hazırda xidməti borclarını yerinə yetirən polis əməkdaşları da etirazçıların tərəfinə keçiblər.



Ermənistanda inqilab: etiraz aksiyaları davam etdiriləcək




Son xəbərlər

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Bütün xəbərlər