dunya
2.05.2018, 08:35
Tayvan sahillərində 5,2 bal gücündə zəlzələ olub

Tayvan sahillərində 5,2 bal gücündə zəlzələ olub. dogruxeber.tv “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Seysmoloji Mərkəzindən bildirilib.
Yeraltı təkanlar yerli vaxtla 07.47-də (Bakı vaxtı ilə 06.47-də) adanın şərqindəki Hualyan yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.
Zəlzələnin episentri 15 km dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat hələlik verilmir.


