dunya
26.03.2018, 08:41
İndoneziya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
dogruxeber.tv-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Saumlaki yaşayış məntəqəsindən 214 km şimal-qərbdə, ocağı 171 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.


