Qızını erməniyə verən azərbaycanlı diaspor sədrinə qarşı sərt sözlər













Sabir Rüstəmxanlı: “Bunu qəsdən, millətin əsəblərini yerindən oynatmaq üçün edənlər də ola bilər”
Mətbuatda Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsi sədrinin qızının erməni oğlanla ailə həyatı qurması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə qəzəblə qarşılanıb.

Məlumata görə, toy mərasimi Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutub. Nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.

Qızın erməni oğlanla sevgili olduğundan xəbər tutan diaspor sədri A.Kərimov əvvəllər buna razı olmasa da sonradan razılıq verib. Məlumata görə, Kərimovun həyat yoldaşı Rigina Kərimova da erməni əsillidir. Elə buna görə də R.Kərimova qızının erməni oğlanla evlənməsini müdafiə edib.

Toy mərasimində Kərimov qızına və erməni kürəkəninə xeyir-dua verib. Eyni zamanda mərasimdə erməni və Azərbaycan musiqilərinin sədaları altında diaspor sədri və onun erməni qudasının rəqs etdiyi bildirilir.

Qeyd edək ki, azərbaycanlı diaspor sədrinin qızının erməni oğlanla ailə həyatı qurması Moskvada yaşayan azərbaycanlılar arasında da birmənalı qarşılanmayıb. Ölkəmizdə də bu hadisə ilə bağlı sərt fikirlər səsləndirilib.

Bəs görəsən, politoloqlar, ictimai xadimlər baş verənləri necə qiymətləndirirlər?


“Yeni Müsavat”a açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan ictimai şüuru o həddə çatmayıb ki, ermənilərlə şəxsi həyatda yaxın münasibət qurmağa icazə versin: “Ürəyində Xocalı dağını gəzdirən insanlar var. Ona görə də 1905, 1907,1920-ci illərdə xalqımızı soyqırım və deportasiyalara məruz qoyan, ərazilərimizin 20 faizini işğal edib 1 milyon insanımıza qarşı etnik təmizləmə aparan ermənilərin bizə çəkdiyi dağı asanlıqla həzm edib, bu millətlə multikultural dəyərlər əsasında münasibətlər qura bilmərik. Mən bunun üçün hər hansı zəmin yetişdiyini görə bilmirəm. Əbədi düşmənçiliyin tərəfdarı da deyiləm. Ancaq ən azından Azərbaycan xalqına vurulmuş yaraların sağalmasını, torpaq itkisinin bərpa edilməsini, insanların mənəvi terapiyaya məruz qalmasını da istəyirəm ki, bu yolun da gediləsi hissəsinin çoxu ermənilərin payına düşür. Ermənilər daha çox addım atmalıdırlar ki, bir millət kimi azərbaycanlılarla onların arasında normal insani münasibətlər bərqərar olsun”.

Politoloq hesab edir ki, sözügedən azərbaycanlı ailəsində hökm sürən mənəvi-psixoloji atmosfer kosmopolit səciyyəli olub: “Ağadadaş Kərimovun həyat yoldaşının da erməni əsilli olduğunu nəzərə alsaq, mənzərə aydın olur. Hər halda, bu ailədə böyüyən uşaqlar Azərbaycan dəyərlərinə sadiq olmalı idilər. Özünü Azərbaycan türkü kimi dərk edən insanın indiki şəraitdə erməni ilə yaxınlaşması üçün lazımi ictimai-siyasi mühit formalaşmayıb”.

Sabiq millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı isə qəzetimizə danışarkən bildirdi ki, Rusiyada elə bir azərbaycanlı diaspora sədrinin olmasından xəbərsizdir: “Bildiyim qədər, Rusiyada Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri bir qadındır. Bu təşkilatın regional bölmələrinin sədrlərini isə tanımıram. Elə bir diaspora sədri yoxdur. Bu faktın özünə gəlincə, ermənilərlə münasibət quran insanlar var. Azərbaycandan çıxan elə insanlar var ki, gedib İrəvanda konfrans keçirir, ermənilərlə dostluq edir. Onlardan hər hansı biri gedib qohum da ola bilər. Bu bütün xalqın xarakterini göstərən bir əlamət deyil. Bunu qəsdən edənlər də ola bilər, millətin əsəblərini yerindən oynatmaq üçün edənlər də ola bilər. Məsələnin kökünü bilmədən ümumi fikir demək olmaz. Ölkəmizdə anası, yoldaşı və ya gəlini erməni olan kifayət qədər insanlar var. Onlardan doğulan uşaqlar da evlənmək üçün gedib erməni axtaracaqlar. Burada təəccüblü heç nə yoxdur”.

Qarabağ Azadlıq Təkilatının sədri Akif Nağı isə belə bir hadisənin yaşanmasına təəccübləndiyini bildirdi: “Çox təəssüf edirəm ki, hələ də belə azərbaycanlı var. Çox qəribədir. Mən bilirəm ki, Rusiyada yaşayan azərbaycanlılardan bəziləri ermənilərlə iş birliyində olurlar, aralarında biznes ortaqlığı olur. Bu cür hallar var. Biz bu halları da pisləyirik, səfərlərimiz zamanı oradakı insanlarla görüşlərdə də deyirik ki, bu biabırçılıqdır. Ancaq bu şəkildə qohum olmaq, qızını erməniyə vermək anlaşılan deyil. Onun ya həyat yoldaşı ermənidir, ya da qanında erməni qanı var. Təmiz azərbaycanlı heç vaxt övladını erməniyə ərə verməz. Yəqin bu insanın ətrafında azərbaycanlılar da var və bu hadisə ilə bağlı öz sözlərini deyəcəklər. Mənim üçün ağlasığmaz bir məsələdir. Bu insan ya tamamilə arını, namusunu itirib ya da erməni ilə qan qohumluğu var”.


Qızını erməniyə verən azərbaycanlı diaspor sədrinə qarşı sərt sözlər




Qızını erməniyə verən azərbaycanlı diaspor sədrinə qarşı sərt sözlər


Qızını erməniyə verən azərbaycanlı diaspor sədrinə qarşı sərt sözlər


Son xəbərlər

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Bütün xəbərlər