Qüdrət Şükürovun kürəkənlərinin məhkəməsi – “İntihar edəcəyəm” > Previous Next
















Mayın 3-də Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Qüdrət Şükürovun kürəkəni Elşən Əsgərli və digərlərinin işi üzrə məhkəmə iclası keçiriləcək. İttiham aktında yazılanlara inansaq, Elşən Əsgərli keçmiş arvadı Aysel Şükürovanın indiki əri Oktay Əhmədova qarşı xuliqanlıq edib. İttiham aktında yer alan məlumatlara görə, o, xuliqanlıq edərkən dostları yanında olublar.

7 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə zəminində Oktay Əhmədova zor tətbiq edildiyi qeyd olunur. Elşən Əsgərlinin atası Rafael Əsgərov deyir ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur: “Oğlumu döyüblər, indi də Qüdrət Şükürov korrupsiya yolu ilə dövlət büdcəsindən taladığı pullar hesabına oğlumu təqsirləndirilən şəxsə çevirib. Onlar istəyirlər ki, oğlum Elşən Əsgərova təzyiq göstərib öz övladından imtina etməsinə nail olsunlar. Qüdrət Şükürov xəbər göndərir ki, Elşən öz oğlundan – yəni onun qızından olan oğlundan imtina etməsə həbsə gedəcək. Qüdrət Şükürov oğlumu həbsdə öldürəcəyi ilə hədələyir. Bu adam dövlətdən taladığı pullara arxayın olub mənim oğluma qarşı belə çirkin oyunlar təşkil etdirir. Ümid edirəm ki, Nərimanov Rayon Məhkəməsi Qüdrət Şükürovun əlində alətə çevrilməyəcək”.



Rafael Əsgərov deyir ki, oğluna qarşı 3 dəfə cinayət törədilib. Oğlu Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən gözətçinin üzərinə hucum edib. Həmin vaxt gözətçini cəzalandırmaq əvəzinə, Elşən Əsgərlini günahlandırıb 500 manat cərimə ediblər. Növbəti dəfə Qüdrət Şükürovun yeni kürəkəni Oqtay və onun dəstəsi Elşən Əsgərlini metronun “Gənclik” stansiyasının yanına guya danışığa çağırıb onu beysbol ağacı ilə döyüblər. Sonra da maşının nömrələrini qopardıb aparıblar: “Məhkəmədə hadisənin şahidi olan yol partul xidmətinin əməkdaşları ifadə verdilər, dedilər ki, Elşəni qarşı tərəf döyüb xəsarət yetirib. Biz şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri də bu günə qədər ortaya çıxarılmır. Mən məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Miqrafar Seyidovun qəbulunda olmuşam. Qüdrət Şükürovun oğluma qarşı təşkil etdiyi qanunsuz əməllər haqda məlumat vermişəm. Bundan başqa, Prezident Administrasiyası Hüquq Mühafizə Orqanları ilə iş üzrə şöbənin müdiri Fuad Ələsgərovun da qəbuluna getdim. Oradan sənədləri araşdırıb baş prokuror Zakir Qaralovun qəbuluna yazdılar. Mənim oğlum günahsızdır. Əgər oğlum qanunsuz həbs oluncaqsa, intihar edəcəyəm”.

Rəfael Əsgərov deyir ki, Qüdrət Şükürov erməni əsilli şəxsdən keyfiyyətsiz liftlər alıb Bakının rayonlarındakı binalarda quraşdırmaqla böyük pullar ələ keçirib: “Bu gün yeni təhsil naziri və Dövlət İmtahan Mərkəzi araşdırma aparsınlar, məlum olacaq ki, Qüdrət Şükürovun oğlu da, qızı Aysel də İqtisad Universitetinə Dağıstan universitetindən köçürmə yolu ilə daxil olublar. Oğluna görə 50 min, qızına görə 35 min dollar pul verib. Bu gün Qüdrət Şükürovun qızından kimsə qəfil 7 vur 6 neçə edir soruşsa, əminəm ki, cavab verə bilməyəcək. Amma Aysel Şükürova İqtisad Universitetinin maliyyə fakültəsini bitirib! Bunu ona görə deyirəm ki, Qüdrət Şükürovun hər şeyi pulla, o pullarla ki, dövlətdən talanıb, məhz pulla həll etmək vərdişi var. O, özünü azərbaycanlı saymır. Ermənilərlə çörək kəsib biznes qurmaqdan da çəkinmir. Mən dövlət qurumlarından dönə-dönə xahiş edirəm, iştirakımla araşdırma aparsınlar, Qüdrət Şükürovun necə böyük bir korrupsioner olduğuna özləri də əmin olacaqlar”.

Rəfael Əsgərov Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Qüdrət Şükürovun korrupsiya əməllərini araşdırmağa çağırıb.(Yeni Müsavat)


Qüdrət Şükürovun kürəkənlərinin məhkəməsi – “İntihar edəcəyəm” > Previous Next

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər