“Ordan-burdan eşitdiyi iynəni vurdu, şoka düşdü” – Özbaşına dərman qəbulunun qurbanları – VİDEO













Əksəriyyət səhhətində yaranan problemi aradan qaldırmaq üçün həkim məsləhəti olmadan dərman qəbul edir.

ARB 24 xəbər verir ki, bəziləri başı ağrayarkən mütəmadi ağrıkəsicilərdən istifadə edir.

Özbaşına qəbul edilən bu tip dərmanlar isə orqanizmdə ağır xəstəliklərin gizli inkişafına səbəb olur.

Yanoş Məhərrəmov – Paytaxt sakini: “Təzyiq dərmanları qəbul edirəm amma kömək etmir. Həkimə getdim. O, məndə bu dərmanlara imunitetin yarandığını dedi və dərmanımı dəyişməyi məsləhət gördü. Mən də dəyişdim və müsbət effektini gördüm”.

Mütəxəssislər özbaşına qəbul edilən dərmanların orqanizmdə bir çox xəstəliklərin gizli inkişafına səbəb olduğunu deyir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, insanların 50 faizi dərmanlardan düzgün qaydada yararlanmır. Həkimlər deyir ki, təyinatı olmadan dərman qəbulu orqanizmdə müxtəlif fəsadlar da yaradır. Qanda kaliumun azalması, mərkəzi sinir sistemi, ürək və yuxarı tənəffüs yollarında olan problemlər özbaşına içilən pereparatların nəticəsi ola bilər. Bu kimi hallar mədə-bağırsağ sisteminə də təsirsiz ötüşmür.

Röyanə Quluzadə – Nevropatoloq: “Xəstənin mədəsində köhnə xora varsa və o baş ağrısına qarşı dərman qəbul edirsə bu mədə xorasının açılmasına və daxili qanaxmaya gətirib çıxarır. Dərmandan qeyri-düzgün istifadə allergiyalara və anafilaktik şoka belə gətirib çıxara bilər”.

Çoxları “qonşu məsləhəti” ilə aldığı dərmanın heç içliyi ilə də maraqlanmır. Haşiyə çıxaq ki, qanunvericiliyə əsasən ölkədə apteklərdə satılan dərmanların Azərbaycan dilində içliyi mütləqdir. Diqqət yetirsək, həmin qeyddə də dərmanın fəsadları, əks təsirləri, həkim məsləhəti ilə qəbulu geniş və əsaslandırılmış şəkildə tibbi dillə şərh olunur.

Ulduz Salahova – Paytaxt sakini: “Qonşumuz ordan-burdan eşitdiyi iynə-dərmanı vurdu, şok vəziyyətində xəstəxanaya çatdırıldı”.

Psixoloqlar insanın xəstə olduğunu düşünərək lazımsız yerə müxtəlif dərmanlardan istifadə etməsini hipokondriya xəstəliyi adlandırır. Belə insanlar psixoloji vəziyyətinə görə, xəstəlik yaranmadığı halda özlərinə həkimin müayinəsi olmadan diaqnoz qoyurlar. Bu hallara 20-40 yaş arası insanlarda rast gəlinir.

Vəfa Əkbər – Psixoloq: “Çıxış yolunu insanların mütəxəssisə güvənməyində görürəm. Mütəxəssisin təyin etdiyi diaqnozla kifayətlənmək lazımdır. Psixoloqa da müraciət etmək məsləhətdir”.

Həkimlər sağlam həyat tərzi üçün idmanla məşğul olmağı, açıq havada çox gəzməyi məsləhət görür. Bununla yanaşı, ən azı 6-aydan bir ümümi tibbi müayinədən keçməyi vacib hesab edir. Çünki xəstəliklər nə qədər erkən aşkarlanarsa, müalicəsi də bir o qədər effektiv olar.


Oxunub: 1 114

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər