İcra başçısının “veteran alveri”ni Sahil Babayev araşdıracaq?














Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir. Eyni zamanda yeni nazirin xələfi Səlim Müslümovun dövründən qalma böyük qanunsuzluqları da araşdırılmasına əşhədü-ehtiyac var. Belə qanunsuzluqlardan biri ilə bağlı Səlim Müslümovun nazirliyi dövründə redaksiyamıza daxil olan məlumatları yaymışdıq. Həmin məlumatlarda bildirlirdi ki, Gədəbəydə 300-700 vətəndaşa 500-1000 manat qarşılığında Qarabağ veteranı statusu satılıb.


Bununla bağlı müvafiq dövlət qurumlarına sorğular göndərmiş, məsələnin araşdırılmasını, sorğularımıza cavab verilməsini xahiş etmişdik. Həmin sorğulardakı sualları bir daha nazir Sahil Babayevin menysuna təqdim edir və araşdırma aparılması üçün göstəriş verməsini xahiş edirik:
1 Gədəbəy Rayon İcra Hakimiyyəti hansı faktları əsas tutub 23 il sonra həmin şəxslərin müharibədə iştirakını sübut edə bilir?
2. Bu qədər şəxsə status verilməsi indiyədək onların hüquqlarının pozulması anlamına gəlmirmi?
3 Həmin şəxslərə müvafiq müavinət əvvəlki dövrlər üçün də verilməlidir?
4 Yayılan məlumatlara görə, bu şəxlərə status verilməsi 500-1000 manat civarında rüşvət hesabına başa gəlir. Müharibə iştirakçısı kimi şərəfli bir adın pulla satılması halları varmı?
5 Varsa, bu hallarla bağlı məlumatları bölüşün, hüquq mühafizə orqanlarına müraciət olunub-olunmaması haqda məlumatları bölüşün.
Yada salaq ki, bu ağrılı məsələ ilə bağlı bir müddət əvvəl Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun kəskin reaksiya vermişdi. YAP icra katibinin müavini demişdi ki, ölkədə 90 min nəfərin cibində müharibə veteranı vəsiqəsi gəzdirir: “Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

Siyavuş Novruzovun bu fikirləri saxta müharibə veteranı statusu alanların, bəli məhz pul verib alanların məsələsini bir daha qabarıq şəkildə ortaya qoymuşdu. Criminal.az xəbər verir ki, belə iddialar vardı ki, ötən il aprel döyüşləri gedən günlərdə Gədəbəyin icra başçısı Ramiz Yediyarov 700 nəfərə yaxın şəxsdən veteranlıq statusu verilməsi üçün adambaşına 500-1000 manatdan olmaqla pul yığdırıb. Həmin şəxslərin siyahısı təsdiq olunmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.
Beləcə, atəşkəsdən 23 il sonra güllə səsi eşitməmiş adamlara pul müqabilində status satılıb. Məsələnin ən maraqlı tərəfi də odur ki, bu adamların heç biri, bu cümlələnin altını xüsusi olaraq cızmaqla bir daha yazırıq – bu adamların heç biri ötən 23 il ərzində 1 dəfə də olsun veteranlıq statusu almaq üçün müraciət etməyiblər! Və Ramiz Yediyarovun yüngül əli ilə 1 ayın içində onları Qarabağ veteranı şərəfli adının daşıyıcısına çevirib! Əlbəttə ki, bu, elə-belə, həmin adamların qara göz-qaşına aşiqlikdən irəli gəlməyib. İcra başçısı Ramiz Yediyarovun bu əməli dövlət büdcəsini birbaşa ildə 350-400 min manat əlavə xərcə salıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu məsələyə diqqət ayırması və qeyd olunan suallara cavab axtarması il növbədə Qarabağda canını qoyan veteranların haqqının bərpası baxımından vacib məsələdir. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Dövlət qurumlarına ünvanlanmış sualları nazirliyə təqdim etdik.

Oxunub: 1 016

Son xəbərlər

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Neft qiymətləri YÜKSƏLDİ

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəldi

“WhatsApp” 4 aydan sonra bu telefonlarda işləməyəcək

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Bütün xəbərlər