dunya
22.05.2018, 03:01
Çexiyada zəlzələ olub

Çexiyada 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
dogruxeber.tv-ın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 23:04-də qeydə alınan yeraltı təkanların episentri paytaxt Praqadan 158 km qərbdə, ocağı 2 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb


