Vilyam Hacıyevin işçisi Rahim Zahidovun oğlu rayonda əlil və şəhid ailələri üçün tikilən binadan necə mənzil aldı?











Rahim Zahidov bu faktı mənsub olduğu partiyanın yerli rayon şöbəsindən gizləyibsə, o halda deməli ya kadr yerində deyil, ya da idarəçilik formatını dəyişmək lazımdır.

Xatırldaq ki, son bir neçə ildə mətbuat mişli rayonunda məmur özbaşınalığı haqqında çoxlu faktlarla müşayət edilən, o cümlədən audio, video faktlarla təsdiq edilmiş məlumatlar dərc edib. Təəssüf ki, ölkə Prezidenti cənab İlham Əliyevin etibar etdiyi şəxslər bu məsələlərin aradan qaldırılması üçün hər hansı müsbət nəticəsi olan hərəkətlər etməyiblər. Əks halda ilk hadisədən sonra hər hansı əməlin törədilməsi mümkün olmazdı. Kiçik çaplı əyalət məumrunun olduqca böyük rəqəmlərlə müşayət olunan korrupsiyada cinayət məcəlləsinin müvafiq maddəsi ilə ittiham edilməsi, hansısa sıradan bir məmurların Prezident iradəsinə qarşı çıxması, müəssisə rəhbərinin əlbəyaxa döyüşü, bədənə xəsarət yetirməsi və s. qanuna zidd əməllər yuxarıda qeyd edildiyi kimi məhz İmşli rayonunda baş verib.
Ötən gün Conflict.az-a İmişlidəki mənbədən daxil olan məlumatda bildirilir ki, rayon İH-nin hüquq şöbəsinin müdiri Rahim Zahidov əlil və şəhid ailələri üçün tikilən binadan oğlu üçün iki otaqlı mənzil alıb. Mənbənin bildirdiyinə görə R.Zahidovun oğlunun cəhbədə döyüşüb – döyüşməmsi ilə bağlı hər hansı məlumat yoxdur. Hətta olsa belə, RİH-nin hüquq şöbəsinin müdirinin evə və ya mənzilə digər bu kateqoriyadan olan şəxslərdən daha ciddi ehtiyacı yoxdur. Xatırladaq ki, İH başçısının I müavini Səfa Ağayev paralel olaraq İmişli rayon YAP-ın şöbə sədridir. Belə olan təqdirdə hakim partiyanın yerli şöbəsinə rəhbərlik edən şəxsin belə bir faktdan xəbərsiz olması görəsən necə mümkün olub? Əgər Rahim Zahidov bu faktı mənsub olduğu partiyanın yerli rayon şöbəsindən gizləyibsə, o halda deməli ya kadr yerində deyil, ya da idarəçilik formatını dəyişmək lazımdır. İşğal olunmuş ərazilərin düşməndən geri alınması üçün yenidən müharibə ilə bağlı cənab Prezident əmr verəcəyi təqdirdə hakim partiyanın yerli şöbələrinin üzərinə olduqca ciddi iş düşəcək. Hərbi vətənpərvərlik təbliğatı məhz bu şöbələrin yerli rəhbərləri tərəfindən aparılacaq. I Qarabağ müharibəsində əlil və ya şəhid olmuş şəxslərin ailələri sözsüz ki, prosesin aktiv tərəfləri olmalıdır. Belə olan təqdirdə haqqına girilərəkən görməməzlikdən gələn və ya haqqını müdafiə etməyən şəxsə həmin insanlar necə etibar edəcəklər? Məlumatı verən mənbəni bildirdiyinə görə mənzilə ehtiyacı olan, lakin mənzil ala bilməyən şəxslərdən biri, RİH-nin başçısı Vilyam Hacıyevin qəbulunda olub. Və şikayətçi Rahim Zahidovun oğlu üçün aldığı mənzillə əlaqədar icra başçısına məlumat verib. Mənbənin bildirdiynə görə V.Hacıyev şikayətçiyə məsələ ilə bilavasitə özünün məşğul olacağı ilə bağlı vəd verib.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər