İdarə rəisi İcra başçısının oğlunun toyuna 5000 manat yazdırıb














“Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir. Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir”.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev bəzi icra orqanlarının, məmurların hərəkətlərinin dövlət siyasətimizə zidd olduğunu bildirərmışdi. Dövlət başçısı vətəndaşlara hər yerdə hörmət, dövlət qurumları tərəfindən normal rəftar tələb edən ölkə başçısı məmurlara son xəbərdarlığını etmişdi. Çox təəssüf ki, bəzi məmurlar hələ də bu xəbərdarlığı qulaqardına vurur. Bu yazımızda cumhuriyyet.az olaraq belə məmurlardan biri – “Azəravtoyol” ASC-nin Regonal Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovdan bəhs edəcəyik.

İdarə rəisi icra başçısının oğlunun toyunda 5 min manat nəmər yazdırıb?

Bu günlərdə ölkə mediasında Ş.Aslanov haqqında ilginc iddia yayılıb. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovun icra hakimiyyətlərindən birinin oğlunun aprel 28-də keçirilən toy məclisinə 5000 manat məbləğində nəmər yazdırdığı haqqında məlumat daxil olub. Mənbə əlavə olaraq bildirdi ki, bu Şükür Aslanovun yalnız toya yazdırdığı məbləğdir. Belə ki, icra hakimiyyətinin başçısı ilə münasibətlərindən ekstaza gələn idarə rəisi əlavə olaraq, yazdıqdığı məbləğin bir neçə qat miqdarında da toyda pul xərcləyib”.
Müəmmalı icra başçısı Vilyam Hacıyevdir?
Yuxarıda yer alan məlumatla bağlı cumhuriyyet.az olaraq bəzi araşdırmalar apardıq. Bu araşdırmaların nəticəsi söhbətin hansı icra başçısından getdiyini düşünməyə əsas verir. Aprel ayının 28-də yerli internet saytlarından birində dərc olunan xəbərə diqqət edək: “İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ailəsində xoş gün yaşanır. Məlumata görə, V. Hacıyev bu gün oğlu Məhəmməd Hacıyevi evləndirir. Saytımıza daxil olan xəbərdə vurğulanır ki, Hacıyevlər ailəsi ölkənin tanınan ailələrindən biriylə qohum olur. Toy mərasimi “Buta Palace”da keçirilir”. Bütün bu sadalananlara Ş.Aslanovun əslən imişli rayonundan olması və bu rayonun sanballı oliqarxlarından sayılmasını da əlavə etsək ip ucları toyun məhz İmişli rayon icra başçısının oğlunun olduğu ehtimalını artırır.

Bir mədhiyyənin iziylə, yaxud mollalar və manısların sevimlisi
Onu da bildirək ki, Şükür Aslanovun “məclis qəhrəmanlığı” yalnız bu olayla bitmir. Şükür Aslanovla bağlı əlavə məlumatlar əldə etmək məqsədilə cumhuriyyet.az olaraq apardığıız araşdırmada bir müddət öncə dərc edilmiş kifayət qədər primitiv mədhiyyədəki bir məqam diqqətimizi cəlb etdi: “Toyda misiqiçilər, yas mərasimində mollalar məclisə daxil olan kimi onu (Şükür Aslanovu – red.) diqqət mərkəzində saxlayır”.
Həbsdən necə qurtulub?
Şükür Aslanov və onun rəhbərlik etdiyi ORİON-E MMC ilə bağlı ən ilginc məlumat isə bir neçə il əvvəl iri tutumlu, hər hansı sənədlərinin olmadığı söylənilən, bitiumla dolu avtomobillərin şirkət ərazisinə daxil olarkən MTN əməkdaşları tərəfindən hadisə yerində tutulmasıdır. Məlumatda qeyd olunur ki, hadisə yerində dərhal həbs edilən Şükür Aslanov naməlum səbəblərdən qısa müddət sonra azdlığa buraxılıb.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər