Gömrükdə yeni çalxalanma: “Dərman mafiyası”nın ardından “Yağ mafiyası” vurulur…













Mediadan bəllidir ki, yağ monopoliyası da gömrük generalları tərəfindən himayə olunan brokerlərin nəzarətindədir. Onların lideri isə “Broker” MMC rəhbəridir.

Söhbət Əbülfəz Məlikovun yararsız yağ məhsullarını ölkəyə idxal etməsindən gedir. Gələn xəbərlərdə iddia olunur ki, xüsusi xidmət orqanları dərman mafiyasının ardınca yağ mafiyasını da təftiş etməyə hazırlaşır.

Əgər dərman mafiyası kimi yağ mafiyası ilə də bağlı əməliyyat keçirilərsə, Ə.Məlikovun əməlləri ortaya çıxa bilər.

Məlumdur ki, bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır.

Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulurdu.

Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Rusiya, Yeni Zelandiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir.

Azərbaycanda yaranan bu yağ probleminin əsas baiskarının da kim olduğu məlumdur. Bu biznes “broker Əbülfəz” kimi tanınan həmin Əbülfəz Məlikovun monopoliyasındadır.

Ə.Məlikov məsuliyyətə cəlb olunarsa, onun rəhbərliyi altında gömrük məntəqələrində özbaşınalıqlar edən, qeyri-rəsmi rüsum alan brokerlər ifşa edilə bilər.

Çünki dərman kimi yağ da sağlamlığımız üçün önəmli məhsuldur və yararsız mallar insan həyatına təhdiddir.

Ə.Məlikovun “yağ monopoliyası” xalqımıza həm bahalıq səbəbindən , həm də ən əsas sağlamlıq baxımdan çox baha başa gəlir.

Çətbuatda bildirilir ki, Məlikovun ölkəyə gətirdiyi yağ məhsullarının içindən tamam başqa qatqılar da çıxır.

Həm də Ə.Məlikovun idxal etdiyi yağlar baha olmaqla bərabər onu içinə balina yağı və heyvanların iç piyini qatırlar.

“Ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır. Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə “ekoloji cəhətdən təmizdir” yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən “Toplyonoye maslo”, “Novvejskoye maslo” olub.

Bunların üzərində inək şəkli vardı. Hətta yerli “Fazil” firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı.

Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur.

Ancaq Ə.Məlikovun sayəsində keyfiyyətsiz məhsullar Azərbaycan bazarına buraxılır. Azərbaycan cəmiyyətində saxta düyü və saxta yumurta həyəcanı yaşandı.

Bu həyəcan özünü sosial şəbəkələrdə paylaşılan foto və videolardan da göstərdi. Hətta bəzi vətəndaşlar marketlərdən aldıqları saxta yumurtaların videosunu paylaşdılar və bunun səbəbini sorğulamağa başladılar.

2016-cı ilin dekabr ayında ölkə mətbuatında Azərbaycana idxal olunan saxta düyü və yumurtaların arxasında duran şəxslər kimi Səfər Mehdiyev və Əbülfəz Məlikovun adı hallandı.

Əbülfəz Məlikovun sayəsində hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb.

Ancaq gömrükdə baş verən korrupsiya haqqında məlumatı olan şəxs isə iddia edir ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub.

Görünən odur ki, Ə.Məlikov prezidentin daxili istehsalın inkişafına dövlət qayğısının artırılması barədə göstərişlərinə əməl etməyib.

Görəsən sabahları Əbülfəz Məlikov da, adı “Dərman mafiyası”nda keçən generallar kimi, ölkəyə zəhərli qida məhsullarının idxalı işi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunsa, o Səfər Mehdiyevdən ifadə verər?

Bu il aprelin 30-da Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstə-DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub.

Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev ,Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov işdən çıxarılıb.

“Dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb.

Dərmanlar ölkəyə onların qeyri-rəsmi izni ilə daxil olub, başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkələrinə dağıdılmaqla əhaliyə satılıb.

“Dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Fia.az/

Oxunub: 1 010

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər