“Qaçqınkom”da yenilik: bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq…








Ermənistanın işğalçılıq siyasəti nəticəsində köçkün düşmüş 1 milyondan artıq azərbaycanlının mənzil və məişət şəraitinin yaxşılaşması üçün dövlət tərəfindən müxtəlif addımlar atılır.
Həyata keçirilən tədbirlər ilk növbədə, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Amma bu günə qədər məcburi köçkünlərə dövlət tərəfindən verilən mənzillərlə bağlı qara məqamlar olduğu kimsəyə sirr deyil, bunu bilməyən yoxdur.
Modern.az-ın əldə etdiyi məlumata görə, “Qaçqınkom”da son dəyişiklikdən sonra baş verən neqativlərin qarşısının alınması istiqamətində mühüm tədbirlər görülür.
Belə ki, hazırkı rəhbərliyin göstərişi ilə bütün məcburi köçkünlərə məlumat verilib və xüsusi xəbərdarlıq edilib ki, mənzillərin verilməsi zamanı kimsə onlardan bir manat belə vəsait tələb etsə, həmin adam barədə dərhal məlumat versinlər. Bununla bağlı “Qaçqınkom”un bütün əməkdaşlarına isə xəbərdarlıq edilib. Bu hallara yol verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Məsələdən xəbərdar olan köçkünlər sevinc içindədirlər.
Bundan sonra hər şey ədalətli şəkildə həll ediləcək.
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədovmodern.az saytına danışarkən “Qaçqınkom”un yeni rəhbərliyinin etimadları doğruldacağını deyib:
“Açığı, məcburi köçkünlərə uzun illər ərzində mənzil verilən zaman kimdənsə pul alınması faktı ilə rastlaşmamışam. Hansısa məcburi köçkün belə hallarla qarşılaşıbsa, şikayət etməli və ya məlumat verməlidir. Digər tərəfdən bilirsiniz ki, “Dövlətqaçqınkom”da rəhbərlik dəyişdi, cənab Prezident tərəfindən yeni sədr təyin olundu. Yeni sədr Rövşən Rzayevi deputat fəaliyyəti dövründə tanıdığım müddətdə onu fəal, vətənpərvər, dövlətçi, bacarıqlı biri kimi tanımışam. Bu baxımdan əminliklə deyə bilərəm ki, Rövşən Rzayev bu təyinatda etimadı doğruldacaq”.
Deputat hesab edir ki, Rövşən Rzayevin sədrliyi dövründə komitənin fəaliyyətində hər hansı neqativ hala yol verilməyəcək:
“Təbii ki, Rövşən Rzayev gənc kadrdır, yeni təyinatdır və o da özünəməxsus üsullarla idarəetməni apararaq cənab Prezidentimizin ona göstərdiyi etimadı doğruldacaq. Hamıya məlumdur ki, qaçqın, məcburi köçkün kateqoriyasına aid olan insanlarımız çoxsaylı problemlərlə üzləşirlər. Mənzil-məişət, iş, təhsil, sağlamlıq şəraiti və.s kimi məsələlər çoxdur. Bu problemlərin həlli ulu öndər Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin dövründən tədricən davam edir. Mən də bir məcburi köçkün kimi istərdim ki, bu problemlərin ən yüksək səviyyədə yekun nəticəsi olsun. Bu da o zaman olacaq ki, biz torpaqlarımızı işğal altından azad edəcəyik , bütün köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.
Ölkə başçısı məcburi köçkünlərin bütün problemlərinə hər zaman diqqət göstərib. 2003-cü ildən bu günə qədər 90-dan çox irili-xırdalı, müxtəlif tipli qəsəbələr salınıb, 300 minə yaxın məcburi köçkün mənzillərlə təmin olunub.Təbii ki, “Dövlətqaçqınkom”, onun rəhbərliyi cənab Prezidentin tapşırıqlarını hər zaman yüksək səviyyədə yerinə yetirir və bundan sonra da belə olacaq. Biz də arzu edirik ki, bu sahədə heç bir mənfi halla qarşılaşmayaq, xoşagəlməz fikir eşitməyək

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər