“İşdəydim deyə “Qaçqınkom” mənə ev vermədi” – Məcburi köçkün













“Qaçqınkom” nümayəndələri köçürülmə ilə bağlı düşərgəyə gələn zaman mən işdə olmuşam. Gecikdiyim üçün də adımı siyahıya salmadılar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Sumqayıt şəhəri Sarıqaya qəsəbəsindəki “Şəfəq” düşərgəsinin sakini, Laçından məcburi köçkün Əvəz Novruzov redaksiyamıza şikayətində deyib. Onun iddiasına görə, 1992-ci ildən sözügedən düşərgədə yaşasa da, köçürülmə zamanı ailəsinə ev verilməyib:

“2017-ci ildə oradan köçürülmə ilə əlaqədar “Qaçqınkom” nümayəndələri yaşadığımız ünvana gəlib. Mən də işdə olduğum üçün bir az gec getmişəm evə. Nümayəndə heyətinə orada yaşadığımla bağlı nə qədər sənəd göstərsəm də, məni siyahıya salmadılar. Bir az inadlaşdıqdan sonra orada yaşayan qardaşım və anamı da siyahıdan silməklə hədələdirlər. Ona görə də ehtiyat etdim və arxaya çəkildim.

Anama mənzil verildikdən sonra mən də yoldaşımla onlarda yaşamağa başladım. Çünki qalmağa başqa yerim yoxdur. Sonradan gördüm ki, heç illər boyu bizimlə birgə yaşamayan sakinlərə binadan ev verilib. Elələri var, üzünü birinci dəfədir görürdüm. Necə olur ki, 25 ildir, orada qeydiyyatdayam, yaşayıram, mənə ev verilmir?! Ancaq orada yaşamayan sakinlər yalandan siyahıya yazılaraq mənzil sahibi olub?!”

Şikayətçi dəfələrlə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsə də, müsbət nəticə əldə edə bilmədiyini də bildirib:



“Müraciətlərimə cavab olaraq bildirildi ki, guya, mən orada yaşamamışam. Üstəgəl, sənəddə mənə məlum olmayan bir ünvanı göstərib orada yaşadığımı iddia etdilər. Yenidən sənədlərimi göstərdim. Ondan sonra dedilər ki, yəqin texniki səhv olub. Bir sözlə, bəhanələr gətirdilər. 3-4 dəfə Əli Əhmədovun qəbuluna getmişəm, ancaq görüşə bilməmişəm. Sonradan cavab gəldi ki, sənədlərim Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilib, orada baxılacaq. Ancaq İcrada deyildi ki, sənədlər göndərilsə də, onlarla əlaqəsi yoxdur. Odur ki, yenidən “Qaçqınkom”a müraciət etməliyəm.

Mən də yenidən müraciət etdim, ancaq müraciətimə hələ də baxan yoxdur. Sonuncu dəfə bir neçə gün öncə Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin sədri Sənan Hüseynovun qəbulunda oldum. O da həmin vaxtı nümayəndə heyətinin tərkibində olmadığı üçün kömək edə bilməyəcəyini söylədi.

Mən orada yaşamırdımsa, prezident seçkiləri günü adıma bildiriş necə həmin ünvana göndərilib? Yaşamırdımsa, “Qaçqınkom”un orada yaşamağımla bağlı 2009 və 2017-ci illərdə verdiyi arayışlar saxtadır?!”

“Qafqazinfo” şikayətlə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyevlə əlaqə saxlayıb. Komitədən bildirilib ki, müraciətlə bağlı artıq araşdırmalara başlanılıb. Yaxın günlərdə araşdırmanın nəticəsi ilə bağlı həm şikayətçinin özünə, həm də mətbuata açıqlama veriləcək.

Günel Hacı

Video: Pərvin Zeynal


“İşdəydim deyə “Qaçqınkom” mənə ev vermədi” – Məcburi köçkün


Son xəbərlər

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bütün xəbərlər