gundem
30.04.2018, 15:04
“Qaçqınkom” sədri kadr dəyişikliyinə başladı – Direktor işdən çıxarıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.
dogruxeber.tv Report-a istinadən xəbər verir ki, Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib. Boş qalan departament direktoru vəzifəsinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, E.İsmayılov 2003-cü ildən bu vəzifədə çalışıb.


