Simsiz rabitə texnologiyaları genişləndirilir













Bakının məhdud infrastrukturlu əraziləri telekommunikasiya xidmətləri ilə təchiz olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyətlə Əlaqələr Sektorundan verilən məlumata görə “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Bakı şəhərinin məhdud infrastrukturlu ərazilərin telekommunikasiya xidmətləri ilə təmin edilməsinə imkan yaradan simsiz rabitə (LTE – Long Term Evolution) texnologiyasının əhatə dairəsini genişləndirib.

Belə ki, “Baktelecom” “LTE” texnologiyasının tətbiqi üzrə işlərin birinci mərhələsini artıq yekunlaşdırır.

İlkin mərhələdə Savalan yaşayış massivi bütünlüklə, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar ərazilərinin bir qismində şəbəkə istismara verilib.

Yay mövsümünün əvvəlinədək Biləcəri, Zirə, Türkan, Maştağa, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi Aslanov və Əhmədli ərazilərinin bir hissəsi də simsiz rabitə şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.

“Baktelecom”un təqdim etdiyi yeni simsiz rabitə standartı əhalinin istifadə etdiyi alternativ texnologiyalardan üstünlüyü ilə seçilir. Genişzolaqlı simsiz şəbəkə müvafiq ərazilərdə quraşdırılan baza stansiyalarından ötürücü qurğular vasitəsilə abunəçilərin əldə etdiyi qəbuledicilərə ötürülür. Nəticədə IP texnologiyaları əsasında çalışan LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsinə imkan yaradır.

“LTE” şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərini dəstəkləyən cihazları telekommunikasiya xidmət mərkəzlərindən əldə etmək mümkündür. Abunəçi 25 manatlıq internet paketi üçün 1 il öncədən ödəniş etdiyi halda avadanlığı pulsuz əldə edə bilər.

LTE texnologiyası 100 mb-ə qədər məlumat ötürmə sürətinə malikdir və ən perspektivli simsiz texnologiyalardan biri hesab olunur.

Oxunub: 1 896

Son xəbərlər

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Bütün xəbərlər