50 yaşlı ana ilə qızı eyni vaxtda övlad dünyaya gətirdi və küçəyə atdı







…Bu gün bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Virtualaz.org uşaqlar günündə bir parça çörək üçün təkər qaraltmaqdan, şüşə silməkdən, yük daşımaqdan oxumağa vaxtları olmayan, küçəyə atılan, zorakılıqla üzləşən uşaqların problemlərinə diqqət yönəltməyə çalışıb. Çünki küçəyə atılan, uşaq evinə verilən, xüsusilə də zorakılıqla üzləşən uşaqların sayı ildən-ilə artır.

Hazırda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında 26 uşaq var. 6 uşaq küçədən tapılıb, birinin valideyni övladına sahib çıxmaq üçün dövlətdən ev tələb edir. Digəri körpəsini “həyatının səhvi” adlandırır.

Sığınacaqda qalan iki azyaşlı günlərlə küçədə gecələyib, qonşuların verdiyi bir parça çörəklə qidalanıblar. Onların taleyi təkcə sığınacaq işçilərin deyil, onları tapan polisləri də təəccübləndirib. Bəlli olub ki, azyaşlıların valideynləri ana-baladır. “Qadının təxminən 45-50 yaşı vardı, qızı isə çox cavandır. Hər ikisi eyni vaxtda övlad dünyaya gətirib, sonradan isə onlara baxmaqdan imtina edərək küçəyə atıblar. Bir neçə gün küçədə gecələyən uşaqlara qonşular yemək veriblər. Ana deyir ki, ona ev verməsələr, uşağa baxmayacaq. Azyaşlılar uşaq evinə yerləşdirildi”, – Zeynalova deyir.



Narkotikin dağıtdığı ailələr…

Sığınacaqda qalanlar arasında iki balaca var – biri Tovuzdan, digəri Bakı kəndlərinin birindən gətirilib. Hər ikisinin nitqində qüsur var, birinin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. “Balaca qızcığazın atası narkotik aludəçisidir, o qədər döyülüb ki, danışmaqda çətinlik çəkir. Ana da qızına sahib çıxmır, çünki özü də dərmanlardan asılı vəziyyətdə yaşayır. Elə ailələr var ki, valideynləri ilə günlərlə danışırıq, təki bir dəfə gəlib uşaqlarla görüşsünlər”, – Mehriban Zeynalova deyir. Tovuz rayonundan gətirilən uşağın da nitqində problem yaranıb, o qədər döyülüb ki, başına su yığılır. İndi xəstəxanada müalicə alır. Hüquq müdafiəçisi əlavə edir ki, bu uşaqların qarnını doydurmaq asandır, üzlərini güldürmək olmur:“Hər gün yeni uşaqlar gətirilir, kimi uşaq evinə yerləşdirilir, kimi də aylarla burda qalır. Ailələri dağıdan səbəblər fərqlidir, amma bütün uşaqlar eyni travmanı yaşayırlar”.



7 aylıq Uğurun uğursuzluqları…

Azərbaycan Uşaqlar Birliyinin sığınacağında isə 36 uşaq qalır, onların bir neçəsi təşkilatın rəhbəri Kəmalə Ağazadənin qəyyumluğuna verilib. Ağazadə deyir ki, uşaqların problem azmış kimi kənardan edilən müdaxilələrlə “döyüşmək” məcburiyyətində qalır. “Xüsusilə, məhkəmə proseslərində uşaqlara zorakılıq göstərən tərəfin hücumları ilə qarşılaşıram. Amma başqa əlac yoxdur, bu uşaqlara sahib çıxılmazsa, itirən cəmiyyət olacaq”, – Ağazadə danışır.

Sığınacağın ən balaca sakini 7 aylıq Uğurdur. Anası Uğurdan imtina edəndə səbəb kimi övlad dünyaya gətirməsinə peşiman olduğunu göstərib.“Uğurun vəziyyəti çox pis idi, günlərlə həkim nəzarətində müalicə oldu. Uşağa o qədər peçenye yedizdiriblər ki, bağırsağında keçməməzlik yaranmışdı. Nəhayət. bir neçə gündür balacanın üzü gülür”, – Ağazadə deyir.



Hüquq müdafiəçisi söyləyir ki, sığınacaqda yaşayanların hamısı zorakılıqla üzləşdiyi üçün polis əməkdaşları tərəfindən gətirilənlərdir. “Bu il iki uşağa qarşı məhkəmə işi yekunlaşdı, uşaqların biri atası, digəri dayısı tərəfindən zorakılıqla üzləşmişdi. Ən pisi odur ki, uşaqlar valideynləri ilə görüşməkdən imtina edirlər. Ötən həftə 12 yaşlı sakinlərimizdən birinin anası gəlmişdi, biz nə qədər çalışsaq da, anası ilə görüşmək istəmədi. Atalığı tərəfindən döyülmüşdü, buna görə tək atalığını deyil, anasını da günahlandırır. Balacalar başlarına gələn faciəni ağır yaşayırlar, bu, onların həyatında iz buraxır”.

Ağazadə əlavə edir ki, uşaqları müdafiə etmək üçün hansısa günə ehtiyac yoxdur, xoş rəftar, bir şirin söz yetir.


50 yaşlı ana ilə qızı eyni vaxtda övlad dünyaya gətirdi və küçəyə atdı



50 yaşlı ana ilə qızı eyni vaxtda övlad dünyaya gətirdi və küçəyə atdı

50 yaşlı ana ilə qızı eyni vaxtda övlad dünyaya gətirdi və küçəyə atdı

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər