Bakıda “Qorxulu ev”ə havayı girmək istəyənlər basabas yaratdı




















Bu gün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Dənizkənarı Milli Parkda attraksionlar uşaqlara pulsuz xidmət göstərib. Maddi vəziyyəti yaxşı olmayan ailələrin övladlarını sevindirmək məqsədilə təşkil olunan aksiyada yaşı 16-ya qədər uşaqlar saat 10:00-dan 13:00-dək iştirak edə biliblər.

Aksiyada həmçinin “Pirat”, “Möcüzələr dünyası”, “Qüllə” attraksionları ilə yanaşı, üç uşaq qatarı, iki avtodrom, iki karnaval, uşaq pavilyonu, “Qorxulu Ev” və “Mirvari” gəzinti gəmisində də azyaşlıların ödənişsiz istifadəsinə şərait yaradılıb.

Virtualaz.org səhər saatlarından təşkil olunan aksiyasının gedişini izləyib. Qiymətləri adi vaxtda əksər ailələrin büdcəsinə uyğun olmadığına görə, uşaqları ilə birgə bulvara gələn əksər valideynlər pulsuz aksiyadan maksimum yararlanmağa çalışırdılar. Elə ən böyük izdiham da bileti bir nəfər üçün 5 manat müəyyənləşdirilən “Qorxulu Ev”in qarşısında idi. Valideynlərin sözlərinə görə, aksiyaya nisbətən erkən saatlarda qoşulanlar daha rahat keçə biliblər. Getdikcə isə növbə və basabas böyüklərin əsəb gərginliyinə səbəb olmuşdu. İstidə növbə gözləmək uşaqların da hövsələsini daraldırdı.



Amma qələbəlik təkcə “Qorxulu ev”in qarşısında deyildi, 3 dəqiqəsi 2 manat olan “Pirat” attraksionunun da qarşısında səs-küydən qulaq tutulurdu. Növbə gözləmək istəməyən valideynlər digər azyaşlıları ayaqlayaraq öz uşaqlarını irəli itələməyə çalışırdılar. Nəzarətçilər tez-tez böyükləri növbəyə və sakitliyə riayət etməyə çağırsalar da, faydası olmurdu. Xüsusən, yaşı aksiyaya uyğun olmayan yeniyetmələrin çoxluğu da izdihamı gərginləşdirirdi.

Eyni vəziyyət “Mirvari” gəzinti gəmisinin qarşısında da müşahidə olunurdu. Hətta valideynlərin başı pulsuz gəzinti üçün bilet almağa elə qarışmışdı ki, uşaqlarını da yaddan çıxarmışdılar. Atasını itirdiyindən hönkürtü ilə ağlayan balaca qızı yaxınlıqdakı polis əməkdaşı çətinliklə ovutdu. Lakin çox keçmədən uşağın valideyni tapıldı. Gəmi gəzintisinə uşaqlar tək buraxılmadığına görə burada elə uşaqların sayı qədər valideyn də var idi.



Aksiyanın bitməsinə 40 dəqiqə qaldığından gəmi sonuncu – beşinci reysini yerinə yetirəcəkdi. Bulvar İdarəsi əməkdaşlarının sözlərinə görə, saat 10-dan başlayan aksiya müddətində gəmi 4 reys həyata keçirib ki, hər reysdə də 450 nəfər iştirak edib.

Aksiyaya Bakının müxtəlif məktəblərindən şagirdlər də qoşulmuşdular. Gəmi turundan qayıdan Qobu qəsəbəsi, 3 saylı məktəbin 5 və 6-cı sinif şagirdləri çox məmnun görünürdülər. Aysel


Bakıda “Qorxulu ev”ə havayı girmək istəyənlər basabas yaratdı


Bakıda “Qorxulu ev”ə havayı girmək istəyənlər basabas yaratdı


Bakıda “Qorxulu ev”ə havayı girmək istəyənlər basabas yaratdı


Bakıda “Qorxulu ev”ə havayı girmək istəyənlər basabas yaratdı

Son xəbərlər

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Bütün xəbərlər