Sərdar Cəlaloğlunun adı “reket jurnalistikası”nda HALLANDI – “Mənim sayt üzərində nə kimi haqqım ola bilər?”













Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu haqqında mətbuatda bir sıra məlumatlar yayılıb.
Modern.az saytı xəbər verir ki, həmin yazılarda partiya sədri “reket jurnalistikanın” hamisi adlandırılır. Qeyd edilir ki, S.Cəlaloğlu Azərbaycanın görkəmli şəxsiyyətlərini təhqir etməklə nüfuzunu bərpa etmək istəyir:

“Hər siyasi xadim öz fəaliyyətini gündəmə gətirmək üçün adətən müxtəlif siyasi proseslərə öz mövqeyini göstərməklə göstərir. 30 ilə yaxın siyasi fəaliyyəti olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu son illərdə bitib-tükənən siyasətçi nüfuzunu Azərbaycanın görkəmli şəxsiyyətlərini təhqir etməklə bərpa etmək istəyir. Gündəmdə adının hallanmadığını gördükcə S.Cəlaloğlu gah Səməd Vurğun, Molla Pənah Vaqifi xəyanətkar adlandırır, gah Azərbaycan və Şərq klassik şeirinin banilərindən olan Məhəmməd Füzuliyə tənqidlər yağdırır. Düzdür, hər belə bəyanatlardan sonra Azərbaycanın ədəbi mühiti onu tənqidlərə məruz qoyur, bu gün üçün sözü olmayanların adətən dünəni topa tutmaqla gündəmdə qalmağa çalışdığını bəyan edirlər.

Bir çox hallarda isə ADP sədri sərsəmləmələrini elə öz qohum-əqrabasının, yaxın ətrafının yaratdığı saytlarda yayıb, ordan ictimaiyyətin ixtiyarına buraxır. Onun qardaşı oğlu Vüqar Məmmədov hurriyyet.org, ADP sədrinin köməkçisi olmuş Daşqın Nuriyev isə turaninfo.org və muxalifet.az saytlarında Sərdar Məmmədovdan (Cəlaloğlu) nümunə götürərək jurnalistikanın adına ləkə gətirən fəaliyyəti göz qabağındadır. Jurnalistika sahəsində heç bir səriştəsi olmayan V.Məmmədov və D.Nuriyev uzun müddətdir Azərbaycan dövlətinin, Mətbuat Şurasının mübarizə apardığı reketçilik işini durmadan davam etdirirlər. Xəbər resursunu kimlərəsə şər atmaq üçün istifadə edən bu şəxslər cəzasız qalmasından istifadə edərək eyni böhtan xarakterli məlumatları təkrar-təkrar yaymaqla özlərinə qurban seçdikləri şəxsləri hədəfə alırlar.

Əldə etdiyimiz məlumata görə, Sərdar Məmmədova arxalanan bu şəxslər rəsmi dövlət qurumlarından da olunan xəbərdarlıqlara məhəl qoymur, əksinə təhdid xarakterli bəyanatlar edirlər.

Qeyd edək ki, Mətbuat Şurasında medianın “üz qarası” olan şəxslərlə mübarizə genişlənəndən sonra bir çox şəxslər bu fəaliyyətdən daşındılar. Zarafat deyil, Şurada “reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının səlahiyyətlərinin artırılması ilə həmin Komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Maraqlısı odur ki, bütün bunlara rağmən Sərdar Məmmədovun “çetesi”nin özfəaliyyəti nəinki dayanmayıb, əksinə daha geniş vüsət alıb”.

***

““Turaninfo.org”un direktoru Azərbaycan Demokratik Partiyasında (ADP) mənim müavinimdir. “Hurriyyet.org”-un mənə aidiyyatı yoxdur, müstəqil saytdır və bacım oğlunundur. Mənim sayt üzərində nə kimi haqqım ola bilər?”.

Bunu Modern.az saytına açıqlamasında ADP-nin sədri Sərdar Cəlaloğlu haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib. O qeyd edib ki, reketçiliklə heç bir əlaqəsi yoxdur:

“Məhz “Report” informasiya agentliyinin rəhbəri mənə zəng edib xahiş etmişdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (SOCAR) ifşa edən məlumat “turaninfo.org”dan silinsin. Mən də bildirdim ki, həmin saytın mənə heç bir aidiyyatı yoxdur və sözlərini saytın direktoruna bildirsinlər. İndi də öz aləmində məndən intiqam alır, şantaj edir. Mən senzurayam? Necə saytın direktoruna deyə bilərəm ki, sən cinayət faktını gizlət və ya yazını çıxart. “Report”un rəhbərliyi ilə danışıqlarımın mətni qalır. Mən bununla bağlı prokurorluğa müraciət edərəm. “Turaninfo”-nun direktoru ADP-də mənim müavinimdir. “Hurriyyet.org”-un mənə aidiyyatı yoxdur, müstəqil saytdır və bacım oğlunundur. Mənim sayt üzərində nə kimi haqqım ola bilər? Mənə deməzlər ki, biz cinayət faktı haqqında yazmışıq, amma sən bizə deyirsən ki, məlumatı çıxar”.

S.Cəlaloğlu deyib ki, hər kəsin siyasi mövqeyini bildirmək haqqı var:

“Səməd Vurğun və ya Molla Pənah Vafiq haqqında fikirlərimin reketliyə nə aidiyyatı? Sən müdafiə etdiyin SOCAR-ın fəaliyyətindən danış ki, Azərbaycan millətinə necə ziyan vurub. Mən siyasətçiyəm və öz siyasi mövqeyimi müstəqil ifadə edə bilərəm. Sən mənə zəng edib cinayət faktının gizlədilməsini istəmisən və mən bu işlərlə məşğul olmadığımı, məlumat yanlışdırsa, prokurorluğa müraciət etməli olduğunu bildirmişəm. Prokurorluğa müraciət edəcəm, onda biləcək ki, reket kimdi. Düzdür, yazıda qeyd olunan saytlar mənim çıxışlarımı yayımlayır, təbliğ edirlər. Amma mənim o saytlarla hər hansı hüquqi , mənəvi bağlılığım yoxdur. Mən onun dedikləri ilə razılaşmadım deyə reket jurnalistlərin müdafiəçisi oldum? Buna görə də məsələ ilə bağlı mütləq prokurorluğa müraciət edəcəm ki, reket jurnalistləri dəstəklədiyimi sübut etsin”.

Qeyd edək ki, mətbuatda S.Cəlaloğlunun “reket jurnalistikası”na dəstək verməsi haqqında məlumatlar yayılıb.

Oxunub: 1 138

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər