Sərdar Cəlaloğlu hökumətin gəncləşməsinə qarşı çıxdı













“Şimali Koreyanın prezidenti 22-23 yaşında hakimiyyətə gəlib, indi də dünyaya meydan oxuyur”

Prezident İlham Əliyevin hökumətin tərkibində ciddi dəyişiklik etməsi bir çox ekspertlər və ictimaiyyət nümayəndələri tərəfindən müsbət qiymətləndirildi. Bəs, ölkə müxalifətinin nümayəndələri necə, bu təyinatlar barəsində nə düşünürlər?

Ağ Partiyanın lideri Tural Abbaslı bildirdi ki, indidən konkret fikir söyləmək çətindir: “Bu təyinatlara iki-üç aspektdən baxmaq lazımdır. Gəncləşdirmə baxımdan bu kabinetin tərkibinə baxsaq görərik ki, xeyli irəliləyiş var. Bu, sevindirici haldır. Belə bir təyinatı müsbət hal kimi qiymətləndirirəm. Ancaq, təbii ki, bu təyinatların nə nəticə verəcəyi onların fəaliyyətlərindən asılıdır. Nəzərə alsaq ki, nazirlərin, demək olar ki, heç bir müstəqil qərar vermə və siyasət yürütmə hüquqları yoxdur. Onların hamısı birbaşa birinci şəxsdən asılıdır. Ona görə də onların necə işləməsi prezidentin iradəsindən asılı olacaq. Əgər bu insanlar yenə də dünənə kimi olan sistemlə davam edəcəklərsə, fərq etməyəcək ki, postda oturanların yaşı neçədir.



Çox istərdim ki, təyinatlarda adlar, yaşlar dəyişdiyi kimi, xalqla hakimiyyət arasındakı münasibətlər də yenilənsin. Bundan öncə də zamanına görə gənc adlar nazir təyin olunmuşdu və gördük ki, heç nə dəyişmədi. Ümid edirəm ki, yeni kabinet daha uğurlu olar və hakimiyyət də öz siyasi xəttini xalqa yönəlik siyasi xətt tutar”.



ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, gənclərin hakimiyyətə gətirilməsi əslində problemlər yarada bilər: “Faktiki olaraq ciddi heç bir dəyişiklik baş vermədi. Kadrların yerdəyişməsi ciddi dəyişiklik üçün zəmin yaratmır. Görünür, bu, ölkə ətrafında beynəlxalq situasiya ilə bağlıdır. Gənclərə gəlincə isə, dünyada bir neçə gənc lider var ki, hər kəsin başına bəladır. Şimali Koreyanın prezidenti 22-23 yaşında hakimiyyətə gəlib, bu gün də dünyaya meydan oxuyur. Bəşər Əsəd də 26 yaşında hakimiyyətə gəlib, bu gün törətdikləri göz önündədir. Siyasət 60-70 yaşlı insanların məşğuliyyət sahəsidir. Ona görə hansısa gəncin hakimiyyətə gətirilməsini müsbət qiymətləndirmirəm”.



REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki, son 15 ili nəzərə alsaq ən köklü dəyişikliklər məhz bu il baş verdi: “Həm Nazirlər Kabinetində, həm də dövlət komitələrinin rəhbərliyinə gözlənilməz təyinatlar da oldu. İdarəetmə sistemində dəyişiklik olacaq, ya yox, bu sual açıq qalıb. Yəni səlahiyyətlərin və məsuliyyətlərin bölgüsü prinsipi, çox təəssüf ki, hələ formalaşmayıb. Yeni təyin olunan şəxslər arasında savadlı isimlər var. Yeni kadrların hansı formada işləyəcəyi böyük maraq yaradıb. Əgər köhnə sistemdə işləyəcəklərsə, o zaman bunun ciddi effekt verəcəyini düşünmək olmaz. Buraxılan səhvlərə, həmin sahədəki problemlərə görə birbaşa məsuliyyət yer alacaqsa, ən azından bunda ciddi dəyişikliklərin effektiv olacağını görə bilərik”.



KXCP sədrinin müavini Xəzər Teyyublu düşünür ki, kadr təyinatı cəmiyyət tərəfindən çox yaxından izlənilir: “Kadr siyasətini kafi qiymətləndirirəm. Ölkədə proporsional seçki sistemi mövcud deyil. Parlament üsul-idarəsi olsaydı, siyasi partiyaların Azərbaycan hakimiyyəti uğrunda mübarizəsinin effekti olardı. Bu isə cəmiyyətimiz üçün fayda verərdi. Bu gün isə tək partiya hakimiyyətdədir. Onlar kimi təyin edirsə, özlərinə daha çox bəllidir. Düşünürəm ki, cəmiyyətdə də biganəlik hökm sürür. Cüzi dəyişikliklər oldu ki, bu da düşünürəm ki, Azərbaycanda hansısa inkişafın olacağına gətirib çıxarmayacaq”.

musavat.com


Sərdar Cəlaloğlu hökumətin gəncləşməsinə qarşı çıxdı




Sərdar Cəlaloğlu hökumətin gəncləşməsinə qarşı çıxdı




Sərdar Cəlaloğlu hökumətin gəncləşməsinə qarşı çıxdı


Sərdar Cəlaloğlu hökumətin gəncləşməsinə qarşı çıxdı

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər