Azərbaycanda kəskin istilər gözlənilir.













İyunun ilk ongünlüyündə çox kəskin istilər müşahidə olunmayıb. Bəzi günlərdə havanın temperaturu normadan 4-5 dərəcə aşağı olub. Növbəti dövrdə isə havanın hərarəti nisbətən norma daxilində dəyişəcək. İyunun ikinci yarısından etibarən, o cümlədən iyul-avqust aylarında kəskin istilərin olacağı ehtimalı var”.

Bunu AzərTAc-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat şöbəsinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.

Nazirlik rəsmisi bildirib ki, son 10 il ərzində hərarətin 35 dərəcədən çox olduğu günlərin sayı artıb. Anomal isti günlərin sayında və davamiyyətində artım müşahidə olunur. Proqnozlara görə təkcə, Azərbaycanda deyil, dünyada da qeydə alınan və iqlim dəyişkənliyinin təzahürü olan bu tendensiya davam edəcək.

“Əgər illik temperatur rejiminə baxsaq, 1961-1990-cı illərə nisbətən havanın orta illik temperaturu 1,4 dərəcə artıb. Bu isə qlobal istiləşmənin göstəricisidir. İqlim dəyişmələri anomal hidrometeoroloji hadisələrin sayının artmasında da özünü göstərir. İsti dövrlər də anomal hidrometeoroloji hadisə kimi səciyyələndirilə bilər. Son on il ərzində xüsusilə yay aylarında normadan yuxarı temperatur rejimi üstünlük təşkil edir. Azərbaycanda 2010-cu il ən isti il olub. Belə ki, həmin il isti günlərin sayı maksimum göstəriciyə çatıb”,-deyə U.Tağıyeva qeyd edib

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər