XOŞQƏDƏM HİDAYƏTQIZI  DAHA BİR AĞIR CİNAYƏTİN ÜSTÜNÜ AÇDI – VİDEO













Dünən bəzi KİV-lərdə “Xoşqədəmin verilişindən çıxdı özünü öldürdü”, “Xoşqədəmin verilişindən sonra dəhşət: iki meyit tapıldı” başlıqlı yazılara rast gəldim. Tamamilə qərəzli və yanlış yanaşma olduğu üçün, bu məsələyə münasibət bildirmək qərarına gəldim. Tam səmimiyyəti ilə deyirəm ki, həmin yazılar “Xoşqədəm daha bir ağır cinayətin üstünü açdı” kimi başlıqlarla təqdim edilsəydi daha doğru və ədalətli yanaşma olardı. Bir qədər məsələnin mahiyyətini varmaq istəyirəm ki, izləyicilərin özləri obyekti qərar çıxara bilsinlər. Bir neçə gün əvvəl, Qazaxıstanda yaşayan şəxslər “Xəzər” televiziyasına müraciət edərək, ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının may ayının sonlarında Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər.

İyunun 7-də Xoşqədəm Hidayətqızının verilişində bu mövzu ilə bağlı anons verilib. İyunun 8-də isə sözügedən mövzu Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə müzakirə edilib və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Həmin verilişdə iştirak edən ekspertlərdən biri də mən olmuşam. Qeyd edim ki, verilişə itkin düşən qazaxıstanlı qızın qardaşı də təşrif buyurmuşdu. Məlumdur ki, əksər vaxtlarda “Səni axtarıram”da ekspertlərin fikirləri haçalanır, onların məsələlərə münasibəti birmənalı olmur. Ancaq iyunun 8-də efirə gedən verilişdə aparılan müzakirələrdə bütün ekspertlərin fikirləri üst-üstə düşdü və belə qənaətə gəlindi ki, qızın yoxa çıxmasında məhz Yolçu günahkardır.

Çünki onun irəli sürdüyü arqumentlər tutarlı görünmürdü, hiss edilirdi ki, həmin uydurmalarla o, məsuliyyətdən yayınmağa çalışır. Mən həmin verilişin tam versiyasını da yazıma əlavə edirəm, istəyənlər izləyə bilər. Verilişin gedişi zamanı müəyyən edildi ki, itkin düşən qazaxıstanlı qız imkanlı iş adamı olub. Yolçu onunla 10 ay birlikdə yaşayıb, sonra 4 aylıq hamilə olan xanımı valideynləri ilə tanış etmək adı ilə Azərbaycana gətirib və bundan sonra qız yoxa çıxıb. Yolçu iddia edirdi ki, o qızla Bakı aeroportunda ayrılıb və sonrakı proseslərdən xəbəri olmayıb. Qızın verilişdə iştirak edən qardaşı isə iddia edirdi ki, bacısının harda olduğunu Yolçudan başqa kimsə bilə bilməz. Sonra məlum olub ki, veriliş efirə gedəndən sonra Yolçu Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb. Bu zaman gənc oğlan özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib.

Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qazaxıstanlı qızın Yolçu Yusifov tərəfindən öldürüldüyü təsdiqlənib və Aygül Atsubayevanın meyiti Pirşağı qəsəbəsində qamışlıq sahəsindən tapılıb.
İndi gəlin insafla danışaq, burada Xoşqədəm Hidayətqızının bir jurnalist kimi roluna necə qiymət verilməlidir? Bəlkə, bəziləri qərəzli olaraq iddia edəcək ki, “bu da Xoşqədəmin növbəti şousudu”. Yox, bu artıq şouya bənzəmir. Bunu iddia etmək üçün, gərək deyəsiniz ki, qazaxıstanlı qızı Azərbaycana gətirib öldürən, onun meytini gizlədən məhz Xoşqədəm olub. Bu da gülməli çıxar. Qeyd edim ki, bu, Xoşqədəm Hidayətqızının telelayiəsinin köməkliyi ilə üstü açılan ilk ağır cinayət hadisəsi deyil. Dəyərli həmkarımıza gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Məhəmmədəli QƏRİBLİ



Oxunub: 1 988

Son xəbərlər

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

Bütün xəbərlər