Akşener jurnalistlərin qarşısına çıxdı:”İqtidar bizə hər cür maneə yaratdı”













İYİ Partiyanın lideri Meral Akşener seçkidən sonra ilk dəfə jurnalistlərin qarşısına çıxıb.

O, bu gün partiyasının rəhbərliyi və yeni seçilən deputatlarla görüşdən sonra mətbuata açıqlamalar verib.

Akşener bildirib ki, seçkidə əldə olunan nəticələr partiya rəhbərliyində müzakirə olunub: “Mən, hazırkı vəziyyəti dəyərləndirib, yeni yol xəritəmizin müəyyənləşdirilməsini istədim. Bildirdim ki, çıxacaq bütün qərarlara əməl edəcəyəm. Rəhbərlik də müzakirə elədi, qərar verdi ki, qısa zamanda bacardığımız işlər təqdir olunmalıdır və mənim liderliyimlə yola davam edilməlidir. Buradan hamısına mənə güvəndikləri üçün bir daha təşəkkür edirəm”.

Akşener deyib ki, İYİ partiya qısa zamanda ölkədə mərkəzçi partiya olduğunu sübut edərək, Türkiyə siyasətinə damğasını vurub: “Mən və dava dostlarımız bir an belə qərarlığımızdan vaz keçmədik. İqtidar bizə saysız əngəl yaratdı, iftiralar atdı. Bütün bunlara rəğmən, seçkidəki ilk addımımızın qazanc olduğunu düşünürəm. Artıq məclisdə deputatlarımız var, birlikdə daha təsirli mübarizə aparacağıq. Bütün bunlara görə, xalqımıza, bütün partiyadaşlarımıza, xüsusilə gənclərimizə təşəkkür edirəm”.

Akşener Muharrem İncənin “Digər müxalifət partiyaları gözlədiyimdən çox az səs aldı” ittihamına da reaksiya verib: “İncə CHP-nin sistemi içində olan biridir. Onun təmsil etdiyi 100 illik CHP 22, 50 illik MHP 11, bütün imkanları ilə səfərbər olmuş AKP 41, HDP isə 11 faiz səs alıb. Qısa müddətdə yaranmış İYİ isə 10 faiz səs toplayıb. Bunları görmək və təhlil etmək gərəkdir. O üzdən İncənin iddiasını qəbul etmirəm”. (Strateq.az)

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər