Ağstafa icra hakimiyyətində fırıldaq – Ramiz Tatarov problemini necə həll edir?








Yerli icra orqanlarından narazılıq hər ötən gün daha da artır. Əhalinin və rəhbərlik etdiyi rayonun problemlərindən daha çox şəxsi çıxarlarını düşünən “region padşahları” sözün əsl mənasında narazılıq ocaqları yaradıblar. Bu isə heç şübhəsiz ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətə kölgə salmaqla yanaşı, mərkəzi hakimiyyətdən də narazılığı artırır.

Bu gün yuxarıda bəhs etdiyimiz qaydada fəaliyyət göstərən yerli strukturlardan biri də Ağstafa rayon icra hakimiyyətidir. Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, rayonun icra başçısı Məhərrəm Quliyev əslində nələrsə etməyə çalışan rəhbərlərdəndir. Məlumata görə, fəaliyyəti ciddi narazılıq doğuranlar icra başçısının ətrafıdır:
“Xüsusilə də Ağstafa RİH başçısının birinci müavini Ramiz Tatarov rayondakı bir çox müəmmalı işləklərin müəlliflərindən hesab olunur. Ramiz Tatarov və rayondakı adamlarının yarıtmaz fəaliyyəti isə sonda icra başçısının ayağına yazıldığından tənqid hədəfi də məhz Məhərrəm Quliyev olur”.
Əldə etdiyimiz məlumata görə, Ramiz Tatarov idarəçilikdə əsas rol ifaçısı olduğundan onun səriştəsizliyi və işbilməzliyi ümumilikdə mətbuatda rayon rəhbərliyinin tənqid olunmasına səbəb olur. Belə ki, Ağstafa rayonuna ezam olunmuş televiziya kanallarının, qəzetlərin, xəbər portallarının əməkdaşlarının qarşısına çıxaraq rayonda həyata keçirilən tədbirlərlə bağlı məlumat verən məsul şəxs belə tapılmır. Əslində bu vəzifələrdə əyləşənlər var, sadəcə olaraq onlara elə gəlir ki, media ilə də məhz icra başçısı Məhərrəm Quliyev məşğul olmalıdır. Ramiz Tatarovun və RİH-dəki Əziz adlı əməkdaşın mətbuatla qeyri professional işləməsi isə Ağstafada həyata keçirilən müsbət işlərin işıqlandırılmaması, əvəzində isə mətbuatda tənqidi materialların artmasına səbəb olur.
Görünür, ya Ramiz tatarov bunu qəsdən edərək icra başçısını nüfuzdan salmağa çalışır, ya da elə bacardığı budur…

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər