bolge
8.07.2018
Kürdəmirdə mikroavtobus maneəyə çırpılıb, ölən var

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda "Ford" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. dogruxeber.tv-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sürücü, 1988-ci il təvəllüdlü Alıyev Elnur Vidadi oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.


