Əsl sevgi belə olmalıdır – Başqasının arvadını qaçıran şair













Azərbaycanın təkcə rüsvətxor məmurları, pullu daydayların qucağına əyləşən müğənniləri, yüksək faiz dərəcəli bank kreditləri kimi pis nümunələri ilə yanaşı, həm də bu günə kimi, qoruyub-saxladığı dəyərləri var. Məsələn, mükəmməl ailə modeli. İstər Sovet dövründə, istərsə də müsəqilliyimizdən sonra Avropaya inteqrasiya etməyimiz ölkənin qədim adət-ənənələrinə söykənən ailə modelini zədələsə də, tamamilə məhv edə bilmədi. Düzdür, ərini atıb başqa kişi ilə qaçan qadınlar, arvadı ola-ola başqa qadınla sevişən “kişilərimiz” var. Amma istənilən halda bu, gizli edilir və lazım olan zamanda hətta təkzib olunur.



Günah, səhv, cinayət və bu tip davranışlar cəmiyyət üçün nə qədər pis nümunədirsə, onun yayılması, təbliğ olunması daha böyük faciədir.

Bu gün söhbət açacağımız insanlar heç də sıradan biri deyillər. O mənada ki, yaradıcı insanlardır, şairdilər. Hansı ki, biz şairlərimizin şəkillərini dərsliklərdə, kitablarda, möhtəşəm heykəllər üzərində görməyə öyrəşmiş, vərdiş etmişik. Görünür, artıq kişi şairlərimizin imzasını başqasının arvadının adı ilə yanaşı yazılmasını da qəbul etmək məcburiyyətində qalacağıq, çünki onların özlərinin də dediyi kimi, “zaman bunu tələb edir”.

Bu gün sosial şəbəkələrdə Yafəs Türksəs kimi tanıdığımız şair başqa bir azərbaycanlı kişinin qadınını özünə “arvad” edib. Kafelər, restoranlar, xarici ölkələr gəzilər və bunu təmtəraqlı şəkildə sosiallaşdırıb, gənc nəsilə əsl sevgi kimi təbliğ etməyə çalışırlar. Açıq-aşkar bildirirlər ki, əsl sevgi bu cür olmalıdır. Sizcə, bir kişi başqa bir kişinin arvadını “oğurlamaq” üçün ən azı kim olmaldır? Və ya nəyə, hansı əxlaqa xidmət etməlidir.

PeykTV.az olaraq, “dəli sevgililərin” bu barədə öz fikirlərini öyrənməyi də unutmadıq. Yafəs Türksəs deyir ki, mən bunu yenilik saymıram. Amma milli dəyərləri hər addım pozmaq olar və lazımdır da. Ümumiyyətlə, bu kimi şeylər milli dəyər deyil, bütün xalqların mental dəyəridir. Mən özümü idarə edə bilməyəcək dərəcədə sevib və belə bir situasiyaya düşmüşəm. Yeganə xanım da bu sevgimi bilib, sonra da mənə qarşı humanist bir addim atıb. Bu,Yeganə xanımın qəhrəmanlığıdır.

Yeganə Oqtayqızı isə saytımıza açıqlamasında bildirdi ki, mən Yafəsi xilas edərək bu vəziyyətə gəlib düşmüşəm. İndi onu atsam, məhv olar. Unikal bir şairi necə məhv edim? Həyatın hazır düsturu yoxdur, vəziyyətə görə hamı öz hərəkətini yapmalıdır. Ümumiyyətlə götürəndə, mental, milli dəyərlər hər addımda insanlara, onların rahat yaşamasına mane olur”.

Yafəs və Yeganə cütlüyü onların ailələrində bu “qara sevdaya” necə münasibət olduğunu da bildirdi:

Yafəs Türksəs: “Təbii ki, ailə üzvlərim klassik düşüncəli adamlar olaraq bunu ağrı və əzabla qarşılayırlar. Amma çıxış yolları da yoxdur. Yeganə xanım da, mən də çox güclüyük, ona görə də ailələrimiz bizimlə hesablaşmaq məcburiyyətindədirlər.

Yeganə Oqtayqızı:”Bizimkilər axır ki, məni başa düşdülər. İndi ailəmizdə mənə qarşı təzyiqlər azdır”.

Cavid ƏHMƏDOĞLU


Əsl sevgi belə olmalıdır – Başqasının arvadını qaçıran şair


Əsl sevgi belə olmalıdır – Başqasının arvadını qaçıran şair


Son xəbərlər

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Bütün xəbərlər