Sahil Babayev ən böyük şöbəni “parçaladı” – Narazı işçilər isə məhkəməyə hazırlaşır

















Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin mərkəzi aparatında yeni struktur dəyişikliyi həyata keçirib.

Bu barədə Mia.az-a nazirlikdən verilən məlumata görə, nazirin əmri ilə Şəlalə Cəfərovanın müdiri olduğu İqtisadiyyat Şöbəsi ləğv edilib.

Həmin şöbənin bazasında isə iki yeni şöbə yaradılıb: “İqtisadiyyat şöbəsi Səlim Müslümovun zamanında yaradılmışdı. Həmin şöbənin strukturuna Mühasibat üçotu, Maliyyə, İcmal büdcə və Satınalmaların Təşkili və İdarəedilməsi sektorları daxil idi. Sahil Babayev isə bir neçə gün əvvəl nazirlikdəki ən böyük şöbə olan İqtisadiyyat şöbəsini ləğv edərək, onun bazasında iki yeni şöbə – Maliyyə və icmal büdcə şöbəsi və Uçot Siyasəti və Satınalmaların Təşkili şöbəsi yaradıb”.

Məlumata görə, ləğv edilən şöbənin bazasındakı 4 sektor da yeni yaradılan şöbələrinin tərkibində “əridilib”. Bununla bərabər, həmin şöbədə 2 kişi, 3 qadın “gülünc iddialar”la (Bu barədə dəqiqləşdirmələrimiz gedir-müəllif) işsiz qalıb. Onlardan 2 nəfərinin isə dövlət qulluqçusu statusu daşıdığı da deyilir.

Hələlik yalnız yeni yaradılan Maliyyə və İcmal Büdcə şöbəsinin müdiri vəzifəsinə təyinat aparılıb: “Bu şöbəyə Səlim Müslümov DSMF-nin sədri olandan onunla bir addımlayan keçmiş iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova təyin edilib. Lakin Sahil Babayev digər yeni şöbənin müdiri vəzifəsini də boş saxlayıb”.

Məlumat üçün bildirək ki, hazırda nazirlikdə aparat rəhbəri vəzifəsi başda olmaqla, bir çox vakant vəzifələrə təyinat aparılmayıb. Belə ki, “dövlət qulluqçusu” statusu daşıyan xeyli vəzifəli şəxs postundan azad edilsə də, onları müqavilələrlə əvəzləyənlər də ştatlı işə alınmayıblar.

Bundan əlavə, sayta verilən məlumata görə, işdən qanunsuz azad edildiklərini əsas gətirən bəzi “Dövlət qulluqçusu” statusu olan keçmiş işçilər yeni nazir Sahil Babayevi məhkəməyə də verməyə hazırlaşırlar.

Yeri gəlmişkən, maraqlı məqamlardan biri də odur ki, nazirlik “Dövlət qulluğu haqqında” Qanuna zidd olaraq, həmin vakant vəzifələrlə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) məlumat verməyib. Bu, DİM-in 3 gün əvvəl yaydığı rəsmi məlumatından da aydın görünür.

Hazırda isə ƏƏSMN-in mərkəzi aparatında vakant olan yüksək vəzifələrdən bəzilərini təqdim edirik:

Aparatın rəhbəri – Hazırda nazirin müşaviri Əliyev Anar Rəhim oğlu bu vəzifəni icra edir;
Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri– Qocayev Sabir Nazir oğlu bu vəzifəni müvəqqəti əvəz edir;
Əmək siyasəti şöbəsi – Məhərrəmov Əbülfət Əjdər oğlu bu vəzifəni müvəqqəti əvəz edir;
Daxili nəzarət şöbəsinin müdiri – Sektor müdiri İmanov Heybət bu vəzifəni müvəqqəti əvəz edir;
Kadr və kadr hazırlığı şöbəsinin müdiri– Sektor müdiri Bayramova Nərmin bu vəzifəni müvəqqəti əvəz edir;
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – Talıbov Fazil Həbib oğlu müqavilə ilə bu şöbəyə müdir müavini təyin edilib. O, həm də şöbə müdiri vəzifəsini müvəqqəti icra edir;
Mia.az bildirir ki, bunlardan başqa nazirlikdə bir çox başqa vəzifələr də vakantdır. Hazırda ƏƏSMN-in tabeliyində olan DSMF-nin stukturlarında da 50-dən çox şöbə müdiri vəzifəsi sahibini gözləyir. Və təkrar edirik ki, bütün bu vəzifələrlə bağlı DİM-ə heç bir məlumat verilməyib.

Oxunub: 865

Son xəbərlər

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

"Abşeron Lions" "Neftçi"ni məğlub edib

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi yeni nəqliyyat vasitələri satın alır

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

Bütün xəbərlər