Fəzail Ağamalı:”Müharibə başlasa, Rusiyanın Ermənistanı müdafiə edəcəyi….”













Nikol Paşinyan Sarkisyan kriminal rejimindən narazılıq üzərində hakimiyyətə gələn populist bir insandır və onun nə daxili, nə də xarici siyasətdə konkret konsepsiyası, fəaliyyət proqramı var.

Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, N.Paşinyan bir tərəfdən Rusiya ilə münasibətlərini qoruyub saxlamaq, onun vasitəsilə Ermənistanın təhlükəsizliyini təmin etmək, onun imkanlarından istifadə edərək öz problemlərini həll etməyə çalışır, digər tərəfdən ABŞ-ın, Avropanın maliyyə dəstəyini almaq və bununla öz ölkəsini ağır sosial-iqtisadi vəziyyətdən çıxarmağa və xalq içərisində nüfuz qazanaraq öz hakimiyyətini davam etdirməyə çalışır:

“Bütün bunların içərisində çox böyük qeyri-müəyyənliklər var. Bu baxımdan, Paşinyan Dağlıq Qarabağ məsələsi, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı biri digərini təkzib edən bəyanatlar verməkdə davam edir, Azərbaycanı müharibə ilə hədələyir, Azərbaycana böyük fəlakətlər gətirə biləcəyini dilə gətirir. Daxili auditoriyaya hesablanmış bu cür fikirlər olduqca gülünc doğurur. Eyni zamanda, Paşinyan Azərbaycanın hansı güzəştlərə gedəcəyini bildikdən sonra danışıqlara başlayacaqları kimi sərsəm fikirlər söyləyir. Azərbaycanın ən böyük güzəşti danışıqlar masasına müsbət yanaşmasıdır, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə qaytarılmasına razılıq verməsidir. Bu, Azərbaycanın Ermənistan üçün ən böyük güzəştidir. Bundan artıq güzəşt qətiyyən ola bilməz”.

Deputatın sözlərinə görə, Paşinyan onu anlamalı və başa düşməlidir ki, nə qədər gec deyil, öz xalqını, dövlətini xilas etmək istəyirsə, Azərbaycanla sülh danışıqlarına getməlidir və işğal olunmuş torpaqlarımızdan çıxmalıdır:

“Bunun alternativi yoxdur. Müharibə başlayarsa, Rusiyanın Ermənistanı müdafiə edəcəyi barədə sərsəm fikirlərin də heç bir məntiqi əsası yoxdur. Rusiyanın məsul şəxsləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağda müharibə başlayarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı buna qarışmayacaq, müdaxilə etməyəcək, çünki bu, Azərbaycanın ərazisində gedən bir müharibə olacaq”.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər