bolge
30.07.2018
Qusarda taxıl sahələri yanıb

Qusarda yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qusar rayonu, Gicanoba kəndində 75 ha biçilmiş taxıl sahəsi və 5 ha kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Rayonun İmamqulukənd kəndində isə 25 ha biçilmiş taxıl sahəsi, 5 ha kol-kos və 8 ədəd elektrik dirəyi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


