bolge
14.07.2018
Goranboy və Qobustanda taxıl sahələri yanıb

Goranboy və Qobustanda yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonunun Borsunlu kəndində 15 ha biçilmiş taxıl sahəsi və 5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Qobustan rayonunun Nərimankənd kəndində isə 3 ha biçilmiş taxıl sahəsi və 15 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür


