Bir sıra xəstəliklərin şəfa mənbəyi – Naxçıvan Şorsu palçığı















AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Tətbiqi kimya laboratoriyasında “Şorsu” müalicəvi palçığının təqdimatı keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq elmi müəssisənin yaranma zərurətindən, strukturu və fəaliyyəti barədə məlumat verərək burada aparılan araşdırmaların əhəmiyyətindən söz açıb. Bildirib ki, doğma Naxçıvanımız yeraltı və yerüstü sərvətlərlə zəngindir və səmərəli istifadə edilməsi üçün bu sərvətlərin dərindən öyrənilməsi vacibdir.

Akademik Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin bölməyə göstərdiyi diqqət və qayğısı sayəsində elmi tədqiqat imkanlarının genişləndiyini, səmərəli nəticələrin əldə edilməsinə şərait yaratdığını bildirib. Son illər fundamental tədqiqat işləri həyata keçirən bölmənin Təbii Ehtiyatlar və Bioresurslar institutlarının laboratoriyalarında tətbiqyönümlü tədqiqatların aparıldığını diqqətə çatdıran İsmayıl Hacıyev Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələrin yerinə yetirildiyini bildirib. Bölmə tərəfindən müalicəvi əhəmiyyətli “Şorsu” müalicəvi palçığının hazırlığı ilə bağlı məlumat verən akademik palçığının laboratoriya şəraitində işlənməsindən sonra həm palçıq, həm də quru toz formasında qablaşdırıldığını deyib. Qeyd olunub ki, təbii müalicəvi vasitə bu günlərdə müxtəlif əczaxanalarda satışa veriləcək.

Daha sonra tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək “Şorsu” palçığının müalicəvi əhəmiyyətindən ətraflı məlumat verib. Qeyd edib ki, əhalimiz əvvəl primitiv şəkildə istifadə etdiyi palçıq hal-hazırda Naxçıvan Bölməsinin laboratoriyasında gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanıldıqdan sonra qablaşdırılıb. Palçıq 17 adda-revmatizma, revmatoid artrit, fəqərə osteoxondrozu, deformasiyaedici, miozit, bursit, insult qalığı, radikulit, nevrit, nevralgiya, prostatit və digər xəstəliklərin müalicəsində istifadə edilə bilər. Müalicə applikasiya, tampon və ümumi palçıq vannası şəklində istifadəsi mümkündür. Paketin və qutunun üzərində palçığın tərkibi, müalicəvi əhəmiyyəti və istifadə qaydası da göstərilib.

Sonra Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev maqnezium, natrium, kalsium, dəmir oksid tərkibli “Şorsu” müalicəvi palçığının laboratoriya şəraitində hazırlığından, krem və toz halına salınması prosesindən danışıb.(Modern.az)

Oxunub: 712

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər