Türkiyədə “McDonalds”lar bağlana bilər













AKP-nin 883 bələdiyyə və 39 məclis rəhbərliyinə ABŞ məhsullarının boykotu ilə bağlı məktub göndərib

Xəbər verdiyimiz kimi, Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq edəndən sonra, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ölkəsi ABŞ-ın elektron mallarını boykot edəcək. “ABŞ-da iPhone varsa, o biri tərəfdə də Samsung var” deyə, prezident bildirib.

“Yeni Müsavat” xatırladır ki, Türkiyə ABŞ keşişini həbsxanadan buraxmağa imtina etdikdən sonra, ABŞ ötən həftə Türkiyənin polad və alüminium məhsullarına gömrük rüsumunu ikiqat artırıb. Bu olaylardan sonra Türkiyədə bir çox Amerika şirkətləri və onların istehsal etdiyi məhsulların boykotuna başlanıb.

AKP yerli idarəetmələrdən məsul rəhbər yardımçısı Erol Kaya partiyanın 883 bələdiyyə və 39 məclis rəhbərliyinə məktub göndərib. Məktubda bildirilir ki, xarici valyuta ilə iş görməsindlər, israfdan yayınsınlar və ABŞ malları yerinə yerli mallardan istifadə etsinlər. Məktub bu cümlələrlə davam edir: “Elektron cihazlar, cib telefonları, kompüter və digər texnoloji cihazlarda yerli istehsal və ya yerli marka tərcihinə diqqət edilməli və xarici ölkə məhsulu seçiləndə, başda Amerika olmaq üzrə ölkəmizə siyasi və iqtisadi təhdid tətbiq etməyə çalışan ölkələrin məhsulları xaricindəkilər seçilməlidir. Əgər xarici məhsul seçimi zəruridirsə, bu halda Amerika məhsullarından qaçmaq lazımdır”.


17 avqust tarixindən etibarən bir çox elektrik mallar satan mağazalar iPhone telefonlarının satışını dayandırıb. Bunlardan biri də BİM şəbəkəsidir. Onlar 17 avqustdan etibarən “iPhone 6″ telefonlarını aktual məhsullar kataloqundan çıxarıblar.

Pərakəndə satış şəbəkəsi müştərilərin mağazada asılı qalan xəbərdarlığı görməsinə görə oraya çıxan durumu açıqlayan bu yazını yayımlayıb: “Hörmətli müştərilərimiz, 17.08.2018 tarixində afişamızda yer alan telefon ”iPhone 6″ məhsulumuzun satışı dayandırılıb. Anlayışınız üçün təşəkkür edirik”.

Ankaranın Keçiören bələdiyyəsi də Türkiyəyə qarşı başlanan iqtisadi müharibəyə soyuq qalmayıb, yenə bir ilkə imza atıb. Bələdiyyə məclisi ABŞ mənşəli firmalara bu gündən etibarən fəaliyyət icazəsi verilməməsinə qərar verib.

Bundan başqa, türk lirəsi üzərindən başladılan iqtisadi hücuma qarşı bələdiyyə tərəfindən bütün bölgəyə üzərində “milli paramız, milli davamız” lövhələr asılıb, vətəndaşlara xarici pullarını xırdalayıb, türk lirəsinə sahib çıxma çağırışı edilib.

Sözügedən çağırışda “McDonalds”, “BigMac” və “Coinler” firmasının adı çəkilib. Bundan sonra sözügedən firmalara fəaliyyət izni verilməsi məsələsi sual altında olacaq.

Bu arada ABŞ hökumət işçilərinin “Huawei” və “ZTE” markalı məhsullardan istifadəsi qadağan edilib. Artıq heç bir hökumət işçisi, dövlət qurumları ilə işbirliyində olan şəxs Huawei ve ZTE markalı məhsullardan istifadə etməyəcək. Çinli texnologiya divlərinə yönəlmiş bu qadağa ABŞ və Çin arasındakı ticarət müharibəsi ilə birbaşa əlaqəlidir.

Oxunub: 682

Son xəbərlər

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Neft qiymətləri YÜKSƏLDİ

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəldi

“WhatsApp” 4 aydan sonra bu telefonlarda işləməyəcək

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Bütün xəbərlər