dunya
25.08.2018, 08:54
Makkeyn xərçəngin müalicəsindən imtina etdi

81 yaşlı amerikalı senator Con Makkeyn beyin xərçənginin terminal mərhələdə müalicəsindən imtina edib.
“dogruxeber.tv” xarici mediaya istinadən xəbər verir ki, bu barədə senatorun qərarını ailəsi açıqlayıb.
Qeyd edək ki, respublikaçı senatora beyin xərçəngi diaqnozu qoyulması xəbəri 2017-ci ilin yayından yayılıb. Buna baxmayaraq, Makkeyn fəal şəkildə siyasətlə məşğul olmağa davam edib.


