77 yaşlı qadını döyüb öldürənə 19 il həbs verildi













Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə və quldurluqda ittiham olunan Sumqayıt şəhər sakini 27 yaşlı Etibar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“dogruxeber.tv” Virtualaz.org-a istinadən xəbər verir ki, dəfələrlə məhkumluq həyatı yaşayan Etibar Məmmədov quldurluq etmək məqsədilə Sumqayıtdan Bakıya gələrək bir müddət müşahidələr aparıb.

Ötən il yanvarın 13-də 77 yaşlı Firəngiz Heydərovanı təqib edərək onun arxasınca bloka girib. Yaşlı qadına basqın edərək üz nahiyəsinə yumruqla zərbə vurub. Zərbənin təsirindən F.Heydərova pilləkanlardan üzüqoylu yerə yıxılıb. E.Məmmədov qadının çantasını əlindən alaraq hadisə yerindən uzaqlaşıb.

E.Məmmədov eyni üsulla yanvarın 24-də Elmira Məmmədovanı da təqib edərək onu izləyib. Blokun girişində qadını itələyib yerə yıxıb və çantasını götürərək oradan qaçıb. E.Məmmədovaya 7223 manat məbləğində maddi ziyan vurub.

Təqsirləndirilən Etibar Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində oğurluğa görə əvvəllər həbs edildiyini, həbsxanadan çıxdıqdan sonra maddi imkanı olmadığından yenidən cinayətə əl atdığını göstərib:

“Həyat yoldaşıma və qaynanama məxsus qızılları lombarda qoyub 300 manat pul götürmüşdüm, ödəyə bilmirdim. Pul əldə etmək üçün soyğunçuluq etməyi qərara aldım. Yanvarın 13-də “Xalqlar Dostluğu” metrosunun qarşısında qoca qadın görüb onu izlədim. Binaya girəndə ona yaxınlaşdım, heç nə deməyib sifətinə vurdum, çantasını götürdüm. Qadın yerə yıxıldı, başından qan axırdı. Tez qaçıb oradan uzaqlaşdım. Çantadan tapdığım pulları götürdüm, telefonu isə söndürdüm. Həbs olunduqdan sonra həmin qadının aldığı xəsarətlərdən öldüyünü bilmişəm. Onu öldürmək niyyətim olmayıb”.

Bu hadisədən təxminən on gün sonra E.Məmmədov “Nərimanov” metro stansiyasının yaxınlığında 55-60 yaşlı qadının da çantasını aparmağa “müvəffəq” olub:

“Ağa Nemətulla küçəsindəki binalardan birinə girdiyini görüb arxasınca gəldim. Onu pilləkəna yıxıb çantasını əlindən aldım. İçərisindəki pulları götürüb sənədləri zibil qutusuna atdım”.

Zərərçəkmiş Elmira Məmmədova ifadəsində hadisə baş verən gün qohumu evinə getdiyini, binanın girişində bir nəfərin onu itələyib yerə yıxdığını və çantasını dartıb əlindən aldığını göstərib.

Zərərçəkmiş Hüseynağa Məmmədov ifadəsində ögey bacısı Firəngizin Nizami rayonu, E.Süleymanov küçəsi, 160E nömrəli evdə tək yaşadığını göstərib:

“Bacımın övladı yox idi, tək yaşayırdı. 24 il Neft Şirkətində mühəndis, sonralar plan şöbəsinin rəisi vəzifəsində işləmişdi. 1996-cı ildə təqaüdə çıxmışdı. Ayda 230 manat təqaüd alırdı. Firəngizin vurulduğunu, xəstəxanaya aparıldığını bizə qonşusu xəbər verdi. Xəstəxanaya getdim, huşunu itirmişdi, nə baş verdiyini xatırlamırdı. Fevralın 1-də Firəngiz aldığı xəsarətlərdən vəfat etdi”.

Məhkəmənin hökmü ilə Etibar Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Oxunub: 602

Son xəbərlər

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Avro və rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bryansk bölgəsindəki meşədə beş yeniyetmə azıb

Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ

Bakının bir sıra yollarında tıxac yaranıb

"Qalatasaray" məğlub oldu

ABŞ öz vətəndaşlarına Livanı tərk etməyi məsləhət görüb

“Nazirlər və prezidentlər paytaxtdan kənarda çox şeyi görmürlər”

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bütün xəbərlər