idman
26.08.2018, 12:00
Bütün oyunlar heç-heçə bitib

ABŞ-ın Sent-Luis şəhərində “Sinquefield Cup” turnirində 7-ci turun oyunları keçirilib.
“dogruxeber.tv” xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov rusiyalı şahmatçı Sergey Karyakinlə qarşılaşıb və oyun heç-heçə bitib.
Bu, “Şah” ləqəbli şahmatçımızın turnirdə 6-cı bərabərliyidir. Aktivində 1 qələbə də olan Şəhriyarın ümumilikdə 4 xalı var.
Bu oyundan başqa keçirilən digər 4 oyun da bərabərliklə yekunlaşıb.
Hazırda yarışa 4,5 xala malik Karuana liderlik edir. 4 xalı olan Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşür.


