siyaset
27.08.2018
Tacikistan Əfqanıstana hava zərbələri endirib

Tacikistanın Hərbi Hava Qüvvələri Əfqanıstana hava zərbələri endirib.
“DogruXebe.az” xarici KİV-ə istinadən xəbər verir ki, hücum Əfqanıstanın şimal-şərqinə, Tahar vilayətinin Darkad rayonuna edilib. Yerli hakimiyyət bildirib ki, hücum bazar günü narkotacirlərlə tacik sərhədçilərin toqquşmasından sonra olub. Tacikistan tərəf hadisə ilə bağlı hələ rəsmi məlumat yaymayıb.


