maraqli
29.08.2018, 09:19
FİFA prezidenti Trampa qırmızı kart verdi - Fotolar

FİFA prezidenti Canni İnfantino Ağ Evdə prezident Donald Trampı ziyarət edib.
dogruxeber.tv xarici mediaya istinadən xəbər verir ki, İnfantino Trampla ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi 2026-cı il Dünya Çempionatı məsələsini müzakirə edib. Görüş zamanı FİFA rəhbəri Trampa hədiyyə verməyi də unutmayıb.
O, prezidentə “Sarı-xəbərdarlıq, qırmızı – kimisə qovmaq üçündür” deyərək sarı və qırmızı kart verib. Tramp isə zarafatla qırmızı kartını otaqdan kənara atıb.



