“Azərsu”yu kim “ziyana” salır? - Şərh













“Azərsu” ASC-nin 2017-ci il hesabatı ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Qurum hesabatda bildirib ki, ötən il üzrə zərəri 508 milyon 350 min manat təşkil edib. Səhmdar Cəmiyyət həmçinin zərərin 2016-cı illə müqayisədə 104 milyon 571 min manat az olduğunu qeyd edib. Rəqəmlərə görə, ötən il "Azərsu"nun 163 milyon 884 min manat cəmi gəlirinə qarşı xərcləri 668 milyon 498 min manat təşkil edib. Nəticədə 504 milyon 614 min manatlıq əməliyyat zərəri yaranıb. 3 milyon 574 min manatlıq maliyyə xərci ilə də zərər 508 milyon 350 min manata çatıb.

Qurumun cəmi aktivləri 694 milyon 439 min manat, cəmi kapitalı 61 milyon 360 min manat təşkil edib. ASC-nin kapitalı 2017-ci ildə bir il əvvəlki illə müqayisədə 300 milyon 42 min manat azalıb. Belə ki, 2016-cı ildə "Azərsu"nun kapitalı 361 milyon 780 min manat təşkil edib.
Hesabat dövründə qurumun öhdəlikləri azalaraq, 2016-cı ildəki 970 milyon 125 min manatdan 755 milyon 799 min manata düşüb.


Bu açıqlamanı iqtisadçı Natiq Cəfərli şərh edib və qurumun xərcinin niyə çox olduğunu göstərib: ““Azərsu”dan bəyan ediblər ki, suyu mayasından 2 dəfə ucuz satırlar deyə ziyanla işləyirlər. Amma bir Allahın qulu çıxıb demir ki, “Azərsu” maya dəyərini necə hesablayır?! Xəttləri büdcədən ayrılan pulla çəkirlər, “Azərsu” həm də dotasiya və vergi güzəştləri alır (vergi borcu tez-tez silinir) su da ki, havayı Kürdən axır, Qəbələ-Oğuz-Bakı kəməri ilə öz axarı ilə gəlir... “Azərsu” nədən ziyanla işləsin ki?!

Səbəbini deyim. Mən özüm 3 il beynəlxalq layihə çərçivəsində “Azərsu”da işləmişəm, gördüyüm mənə bəs edər.

Burada 10 mindən çox işçi çalışır, çalışır deyəndə ki, bunun 2000-i işləyir, qalanları havayı maaş alır, əksəriyyət rəhbərliyin qohum-əqrabasıdır. “Azərsu”da Sədərək bazarında metri 80 qəpik olan şlanq 7 manata rəsmiləşdirilir, bir il ərzində təmir-tikinti işlərində olan yeyinti miqdarı Qızıl Ordanın Rusiyadan 300 ilə aldığı xəracdan da çox olur - bu yetim maya dəyəri şişməsin neyləsin?!

İddia edirəm ki, Azərsuda normal, dürüst idarəetmə olsa suyun qiymətini aşağı salmaq, hətta gəlirlə işləyib büdcəyə yüklü miqdarda vergi də ödəmək olar”.“Qafqazinfo”

Son xəbərlər

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Bütün xəbərlər