“Facebook” və “Twitter” rəhbərliyi ifadə verəcək













“Facebook” və “Twitter” şirkətlərinin rəhbərləri bu gün ABŞ Konqresinin internetlə siyasətin əlaqələrinə həsr olunmuş dinləmələrində ifadə verəcəklər. “Facebook” şirkətinin administrasiyası seçkilərdə mümkün müdaxiləni ciddi qəbul etdiyini və bu problemə məsuliyyətlə yanaşdığını dəfələrlə təsdiqləyib. “Twitter” şirkətinin rəhbərləri də siyasətin öz fəaliyyətlərinə hər hansı təsirini inkar edirlər.

ABŞ Konqresinin kəşfiyyat üzrə senat komissiyasının sorğusuna baxmayaraq, “Google Alphabet Inc” şirkətinin rəhbərlərindən heç biri dinləmələrdə ifadə verməyəcək. Bu da, öz növbəsində, ABŞ qanunvericilərini məyus edib.

“dogruxeber.tv” Azərtac-a istinadən şirkətin çərşənbə günü dərc olunan rəsmi ifadələrinə görə, “Facebook”un baş icraçı direktoru Şeril Sandberq “Twitter” şirkətinin baş icraçı direktoru Cek Dorsi ilə birgə çıxış edərək bildirib ki, xarici dövlətlərdən müdaxiləyə qarşı onun şirkətinin səyləri ABŞ-da 2016-cı il seçkilərindən sonra yaxşılaşıb. “Bunun cavabında gördüyümüz tədbirlər bizim bu kimi müdaxilələri dayandırmaqdan ötrü mümkün olan hər şeyi etmək qətiyyətimizi nümayiş etdirir”, - deyə Ş.Sandberqin ifadələrində bildirilir. Sandberqin bəyanatına görə, şirkət “mötəbər olmayan” məzmunda məlumatların axtarışı və kənarlaşdırılması sahəsində üsulları təkmilləşdirir. Bəyanatda, həmçinin bildirilir ki, şirkətdə məlumatların təhlükəsizliyi və qorunması sahəsində 20 mindən çox adam çalışır.

Hər iki şirkət rəhbəri ötən il ərzində Konqresdə dəfələrlə çıxışlarında öz mövqelərini müdafiə edib və onların saytlarında siyasi müdaxilənin az və ya ümumiyyətlə olmadığını təsdiqləyib. Kəşfiyyat üzrə senat komitəsi bir ildən çoxdur ki, xaricdən maraqlı tərəflərin ABŞ-da ictimai rəyin nüfuzuna təsir edən cəhdləri ilə bağlı təhqiqat aparır.

Xatırladaq ki, ABŞ xüsusi xidmət orqanlarının ölkədə keçirilmiş seçkilərə müdaxilə olunması qənaətinə gəlməsindən sonra təhqiqata başlanılıb.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər