dunya
11.09.2018
Zəlzələ qurbanlarının sayı artdı - 44 nəfər

Yaponiyanın Hokkaydo adasında baş vermiş zəlzələdə ölənlərin sayı 44 nəfər olub.
dogruxeber.tv xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. İtkin düşənlərin taleyi isə naməlumdur.
Qeyd edək ki, Zəlzələ səbəbindən 5,6 mindən çox insan təxliyə olunub. 300-dək yaralı var.


