dunya
10.09.2018
Yaponiyada zəlzələ qurbanlarının sayı 44 oldu

Yaponiyanın Hokkaydo adasında zəlzələ qurbanlarının sayı 44-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi məlumat verib. Onun sözlərinə görə, itkin düşənlər yoxdur. Hadisə yerində 40 min özünümüdafiə qüvvələri, polis və yanğınsöndürən çalışır.
Axtarış-xilasetmə əməliyyatlarına və humanitar yardımın çatdırılmasına 67 vertolyot cəlb edilib.
Xatırladaq ki, ötən həftə Hokkaydoda 6,7 bal gücündə zəlzələ baş verib.


