dunya
12.05.2018
Yaponiyada 5,1 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Naqano prefekturasında 5,1 bal gücündə zəlzələ baş verib.
dogruxeber.tv-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Naqano şəhərindən 21 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar ümumilikdə 12 prefekturada hiss olunub.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.


