Fəridə Əzizovanın evini soyanlara 8 il həbs tələbi


















Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək N. İsrafilovun 8 il 6 ay müddətinə, N. Fərəcovanın 5 il 6 ay il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

N. Fərəcova azadlıqda olduğu üçün prokuror hökm zamanı onun məhkəmə zalında həbs olunmasını tələb edib.


Eyni zamanda, N. İsrafilovun 2014-cü ildə Gəncə şəhərində oğurluq etdiyi üçün məhkəmənin hökmü ilə 1500 manat cərimələndiyini, lakin həmin pulu ödəmədiyini bildirib. Bu cərimənin də ödənilməsinin hökmdə qeyd olunmasını istəyib.

Nərgiz Fərəcovanın valideynləri F.Əzizovaya dəyən ziyanın əksər hissəsi, 53 min manat ödəyiblər. Zərərin 14 min manatı ödənilməyib.

F. Əzizova deyib ki, Nicata 16 ilə qədər cəza düşəcəyi deyilsə də, prokuror onun yarısını istəyib. Zərərçəkən idmançı çıxışında Nicata daha ağır cəza verilməsini tələb edib: "Nərgizin ailəsi qalan pulu da ödəyəcəyini deyir və məndən vaxt istəyir. Onlara bu ayın sonuna kimi vaxt verirəm".

Proses sentyabrın 19-da davam etdiriləcək.

İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Murad Əhməd

Oxunub: 801

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər