hadise
12.09.2018, 09:35
Xaçmazda qəza, ölən var

Xaçmaz rayonunda yol qəzası baş verib.
“dogruxeber.tv” FHN-ə istinadən xəbər verir ki, rayonun Çarxı kəndində "VAZ" markalı minik avtomobili beton maneəyə çırpılıb.
Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


