Gəncədə dini mövzuda seminar-müşavirə keçirilib













Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Goranboy, Göygöl, Samux, Daşkəsən, Naftalan, Kəlbəcər, Xocalı şəhər və rayon icra hakimiyyətlərinin, habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin, Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli strukturlarının rəhbərləri iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, seminar-müşavirədə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün də qorunub saxlanılır. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə insanların dini etiqad və vicdan azadlığı təmin olunub. Respublikanın hər yerində olduğu kimi Gəncədə də İslami dəyərlər qorunur. Hazırda şəhərdə 1 ziyatərgah və 6 məscid fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bildirib ki, Azərbaycanda tarixən formalaşan tolerantlıq mühiti dünya üçün bir nümunədir. Ölkəmizdəki dini və etnik tolerantlıq, multikulturalizm və birgə yaşayış modeli dünya birliyi tərəfindən yüksək dəyərləndirilir və onun daha da möhkəmlənməsi üçün çalışılır.

Siyavuş Heydərov onu da qeyd edib ki, ölkəmizin inkişafını istəməyən ünsürlər tərəfindən Azərbaycana sadəcə siyasi yox, həm də dini müstəvidə təsirlərin göstərilmsinə cəhdlər edilir. Yad dini ideologiyaların Azərbaycana ixrac edilməsinə cəhdlər göstərilir.

Tədbirdə Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov, Daxili İşlər Nazirliyinin şöbə müdiri Oktay Tağıyev çıxış edərək, Azərbaycanda dini radikalizm və dini ekstremizmə qarşı aparılan mübarizə və onun hüquqi əsasları barədə danışıblar.

Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tahir Abbasov isə öz çıxışında Gəncədə “Tasua” və “Aşura”ya hazırlıqla bağlı məlumat verib. O bildirib ki, dini mərasimlər mərkəzləşdirilmiş qaydada “İmamzadə” ziyarətgahında icra olunacaq.



Gəncədə dini mövzuda seminar-müşavirə keçirilib



Gəncədə dini mövzuda seminar-müşavirə keçirilib


Gəncədə dini mövzuda seminar-müşavirə keçirilib

Son xəbərlər

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Bütün xəbərlər