"Onların heç biri Aminə atasını əvəz etməyəcək" - Aprel şəhidlərimizin övladları məktəbə gedir - FOTO



















2016-cı ilin aprel ayında təmas xəttində gedən döyüşlərdə canlarından keçən şəhidlərin bir neçəsinin övladları bu il məktəbə ilk qədəmlərini qoyacaq.

Şəhid kiçik gizir Seymur Baxışovun yeganə yadigarı, oğlu Amin də builki birincilər arasındadır, övladı Xətai Rayon Zəkalar Liseyində təhsil alacaq S.Baxışovun xanımı Aynur Baxışova Trend-ə deyib:

"Bir müddət əvvəl Amin birinci sinfə getmək üçün imtahan verdi. O, heç bir problem yaşamadan imtahandan keçdi".

A.Baxışova övladının tez-tez atasını yadına saldığını da vurğulayıb:

"Baş verənlərin hamısı Aminin yadındadır, o, tez-tez olanları yada salır, atasını soruşur. Amini məktəbə yola salmaq üçün bütün yaxın qohumlar gələcək, amma onların heç biri Aminə atasının yerini verə bilməz".

Aprel döyüşlərinin daha bir şəhidi, kapitan Mühid Orucovun əkiz övladları Anar və Vüqar isə bu il ikinci sinfə gedəcək. Mühidin həyat yoldaşı Qumru xanım Trend-ə övladlarının Sumqayıtda yerləşən Nizami Gəncəvi adına liseydə təhsil adıqlarını bildirib:

"Anar və Vüqarın hazırda 7 yaşı var. Onlar bu il ikinci sinfə gedəcək, hər ikisi ağıllı uşaqlardır, təhsillə bağlı heç bir çətinlikləri yoxdur. Mühidin yaxınları və qohumları tez-tez onların təhsili ilə maraqlanır. Sağ olsunlar, heç vaxt unutmurlar".

Qeyd edək ki, kapitan Mühid Orucov və kiçik gizir Seymur Baxışov 2016-cı il aprelin 2-də baş verən döyüşlər zamanı şəhid olublar. M.Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə, kiçik gizir S.Baxışov isə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.\sonxeber.az


"Onların heç biri Aminə atasını əvəz etməyəcək" - Aprel şəhidlərimizin övladları məktəbə gedir - FOTO


"Onların heç biri Aminə atasını əvəz etməyəcək" - Aprel şəhidlərimizin övladları məktəbə gedir - FOTO


"Onların heç biri Aminə atasını əvəz etməyəcək" - Aprel şəhidlərimizin övladları məktəbə gedir - FOTO

"Onların heç biri Aminə atasını əvəz etməyəcək" - Aprel şəhidlərimizin övladları məktəbə gedir - FOTO

Son xəbərlər

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Bütün xəbərlər