sou
24.09.2018, 11:21
“Çukur”dan transfer oldu

TRT-nin məşhur serialı olan “Payitaht Abdülhamid” aktyor transferləri ilə gündəmdən düşmür. , “Es Film” şirkəti tərəfindən çəkilən layihəyə fenomenə çevrilən “Çukur”un “Muhittin”i də daxil edilib.
Aktyor Nebil Sayın bir müdət əvvəl tarixi seriala transfer edilib. O, ekran işində saatlı bomba ilə sui-qəsd edərək tarixə düşən Edward Jorrisin köməkçisi Samueli canlandıracaq.
Qeyd edək ki, “Payitaht Abdülhamid”ə Gürkan Uygun, Güven Kıraç, Hakan Yufkacıgil, Sedef Avcı ve Başak Daşman kimi tanınmışlar da cəlb edilib. 


