Küçə süpürən əlil qadından Sahil Babayevə ürəkparçalayan sözlər: “Yalvarıram…”













Bizim ölkənin məmurları xalqa xidmətə, aztəminatlı ailələrə, kimsəsizlərə qayğıya təhkim olunublar. Prezidentin tələbi belədir ki, məmurlar vətəndaşlarla doğması kimi davransınlar.

Əfsuslar olsun ki, bir çox hallar məmur biganəliyi çarəsiz vətəndaşın səfalət içində yaşamasına, övladlarının məşəqqətlər çəkməsinə, çıxış yolunu intihar etməsinə gətirib çıxarır.

Cahan.info-nun verdiyi xəbərə görə, onlardan biri də Bərdədə övladı ilə kirayədə məskunlaşmış, küçə süpürməklə ac-yalavac həyat yaşayan Nazilə Musayeva Əzizulla qızıdır.

Nazilənin taleyi çox acıdır. O, valideynləri tərəfindən internata atılmış, sonra bir ailənin himayəsində böyüdülərək istismara məruz qalıb.

Onun əzabları dəhşətlidir: ögey valideynlər tərəfindən qul kimi işlədilib, alçaldılıb, nəvaziş görmədən böyüyüb, ən ağır fiziki işlərə cəlb edilərək istismar olunub.

Ən nəhayət, bu övladdan bezmiş ögey valideynlər Nazilə Musayevanı evli birinə ərəb veriblər. İmişlidə yaşamış və bir övladı olan bu qadın indi çox çarəsiz vəziyyətdədir.

Çünki əri tərəfindən atılıb, balası ilə Bərdəyə köçərək kirayələrdə sürünür, bir tikə çörək üçün Bərdənin yollarını süpürür. Buna görə ayda cəmi 124 manat maaş alan Nazilənin pulu heç kirayəsinə çatmır.

Bir gözü görmə qabiliyyətini itirən, dərmanlarını almağa pulu olmayan, övladına doyunca yemək, şirniyyat, meyvə ala bilməyən bir azərbaycanlı əlil anaya dövlətin əlillik pensiyası da verilmir.

Musayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlərin nəticəsiz qalmasından ruhdan düşərək ümidini itirib.

Onun kirayə pulunu da Bərdədə xeyirxah insanlar ödəməyə çalışırlar. Amma bu yetərli olmur. Küçə süpürən Nazilənin dərmanlarını almağa, övladını yedirməyə imkanı çatmır.

Kimsəsiz qalan ümidsiz gözdən əlil qadın saytımız vasitəsi ilə nazir Sahil Babayevə müraciət edib.

Cahan.info xəbər verir ki, nazirə müraciətində ürəkparçalayan sözlər deyən Nazilə qara gələn həyatının heç olmasa övladı üçün işıqlı olmasını arzulayır.

Onun ümidi yeni nazir Sahil Babayevədir. Gözləyir ki, nazir əlil ananın harayını eşidərək ona əlillik pensiyası ayrılması üçün müvafiq orqana tapşırıq verəcək.

“Cənab nazir, mən kasıblıqla, ac-susuz yaşamışam. Həyatımda yaxşı bir gün xatırlamağa çətinlik çəkirəm. Valideynlərimin mənə yaşatdığı zülmlərdən sonra ər evində də bir gün görmədim.

İndi ərim də məni tərk edib, bir balamla başsız qalmışam. Siz təsəvvür edirsinizmi, gözdən əlil bir ana üçün övlad böyütmək, ehtiyaclarını qarşılamaq necə bir bədbəxtlik, əzab, zülmdür?!

Mənim artıq heç nəyə gücüm çatmır. Bərdənin yollarını süpürməklə aldığım pul heç 10 günü görmür. Günün birində maşınların altında qalan süpürgəçilərin taleyini yaşasam, övladıma kim baxacaq?”

N.Musayeva nazir S.Babayevin onun səsinə səs verəcəyinə ümidlidir: “Mən heç kəsdən şikayətlənmirəm. Allah şahiddir ki, bu gün hansı vəziyyətdə yaşayıram.

Ona görə göydə Allah, yerdə cənab prezident və nazirdən gözləntim budur ki, həm əlillik pensiyası verilməyinə, həm sosial ünvanlı yardım ayrılmasına köməklik göstərsinlər. Məni yox, balamı, bu ölkənin övladını, gələcəyin vətəndaşını xilas etmək üçün bu köməyi edin, yalvarıram…”.

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər