Həyat yoldaşını və iki oğlunu öldürüb qızına təcavüz edən ögey ata: “Qızımı da, özümü də öldürmək istəyirdim”

Tekirdağın Marmara vilayətində, həyat yoldaşı Gözəl ilə əvvəlki evliliyindən olan oğulları Acun və Ardanı başlarından bərk əşya ilə vurub, boğaraq öldürən və arvadının digər evliliyindən olan Melisanı qaçırdıqdan sonra həbs olunan Ömər məhkəmə qarşısına çıxarılıb
Dörd ay əvvəl qadın alveri ilə məşğul olduqlarına görə həbs olunan Gözəl və Ömər on gün əvvəl həbsdən çıxıb, lakin mübahisə zamanı Ömər əlinə aldığı bərk cisimlə əvvəlcə Gözəli, daha sonra iki ögey oğlunu başlarından vuraraq öldürüb. Ardınca Gözəlin keçmiş həyat yoldaşından olan qızını hədələyərək qaçırıb.
Cəsədləri bağdakı boş evə qədər sürüyən Ömər Melisaya anasının onu tərk etdiyi deyib və birlikdə “gəzməyə” çıxıblar. Meşəlik bir ərazidə maşını saxlayan Ömər qıza hər şeyi danışıb.
Məlum olub ki, Gözəl öz qızını pul qarşılığında başqa kişilərə satıb. Bunu öyrənən Ömər Melisa ilə cinsi əlaqəyə girib, onu istismar etməkdən çəkinməyib.
Əməliyyat zamanı Ömər tutularaq həbs edilib və məhkəməyə çıxarılıb.
dogruxeber.tv


