“Nar” korporativ müştərilərlə növbəti görüş keçirdi













Sentyabrın 22-də “Nar” operatoru özünün korporativ müştəriləri ilə növbəti görüş keçirib.

Azinforum.az xəbər verir ki, 100-ə yaxın şirkətdən 250-yə qədər nümayəndənin dəvət edildiyi görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsidir. Görüşdə “Nar” ilə əməkdaşlıq edən şirkətlər iştirak ediblər. “Cinema Plus” kinoteatrında baş tutan görüşdən sonra qonaqlar “Nar” zalında “Johnny English 3” adlı yeni filmə tamaşa ediblər. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib. Qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.

Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran “Nar” artıq daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir. Mobil operator biznes üçün nəzərdə tutulmuş tarif planlarının tərkibində olan bonusları da artırıb. Bundan başqa, korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələri əlavə edilir. Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur.

Korporativ tarif planlarına qoşulan abunəçilər istər səsli xidmətlər, istərsə də mobil internet üçün sərfəli tariflərdən yararlanmaqla yanaşı, 24/7 rejimində çalışan xüsusi müştəri xidmətlərindən və yüksəkkeyfiyyətli mobil şəbəkədən də istifadə edirlər.

Korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya business-nar@azerfon.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

Oxunub: 931

Son xəbərlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

Bütün xəbərlər